Detroyt iflası — 2013-cü ildə ABŞ-ın Detroyt şəhərinin maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün rəsmi olaraq müflis elan edilməsidir. Bu hadisə ABŞ-da ən böyük şəhər iflası olaraq tarixə keçmişdir. Detroytin borcu və büdcə kəsiri təqribən 18-20 milyard dolları ötürdü, pensiya fondları, tibbi sığorta şirkətləri və şəhər işçilərini təmsil edən həmkarlar ittifaqları da daxil olmaqla şəhərin əsas kreditorları kimi hesab olunurdular.
Əsas səbəbləri Detroyt "Motor Şəhəri" olaraq tanınırdı və avtomobil sənayesinin mərkəzi idi. XX əsrin ortalarında General Motors, Ford və Chrysler kimi şirkətlərin qərargahı idi. XX əsrin ikinci yarısında xarici avtomobil istehsalçılarının rəqabəti və avtomobil istehsalının digər ölkələrə köçürülməsi nəticəsində şəhərin iqtisadiyyatı çökdü. Sənaye tənəzzülü əsas səbəblərdən biridir. 1950-ci illərdə şəhərin əhalisi 1,8 milyon idi,Michigan Appeals Court halts challenges to Detroit's bankruptcy filing CNBC, July 23, 2013 lakin 2013-cü ildə bu rəqəm təxminən 700 minə düşdü. Əhali itkisi vergi gəlirlərinin azalmasına və şəhərin maliyyə problemlərinin dərinləşməsinə səbəb oldu. Əhali azaldıqca, ictimai xidmətlər (polis, yanğınsöndürmə, yol təmiri və s.) zəiflədi. Şəhərin infrastrukturunun bərpası üçün kifayət qədər maliyyə resursu yox idi. Detroyt şəhər rəhbərliyi illərlə yüksək faizlə borclar götürüb büdcə çatışmazlığını doldurmağa çalışıb. 2013-cü ildə şəhərin ümumi borcu 18 milyard dollardan çox idi.
İflasın elan edilməsi və nəticələr 18 iyul 2013-cü ildə Detroyt, 18 milyard dollardan artıq borcla rəsmi olaraq iflasını elan etdi.Dolan, Matt (June 3, 2014) Michigan Gov. Snyder Pledges to Sign Detroit Package Wall Street Journal. İflas prosedurundan sonra şəhərin borcları yenidən strukturlaşdırıldı. Şəhər infrastrukturuna investisiyalar artırıldı və yerli iqtisadiyyatı canlandırmaq üçün müxtəlif layihələr həyata keçirildi.
Həmçinin bax Detroytin tənəzzülü
İstinadlar
Xarici keçidlər Official Website of U.S. Bankruptcy Court for the Eastern District of Michigan containing information for the City of Detroit Bankruptcy filing A series of live discussions with people involved with Detroit's bankruptcy. U.S. Bankruptcy Court Filing by Emergency Manager Orr for the City of Detroit
Kateqoriya:İflas