LineageOS ― smartfon və planşetlər üçün, Android əsasında azad əməliyyat sistemidir. CyanogenMod-un varisidir. Hal-hazırda 209 cihaz rəsmi LineageOS tərəfindən dəstəklənir. LineageOS ilə telefonlar satılmır, istifadəçi sistemi smartfonuna özü quraşdırmalıdır. Defolt olaraq LineageOS, Google tətbiqləri olmadan gəlir, istifadəçi istəyinə görə sistemi quraşdırandan sonra Google tətbiqlərinidə (GApps) quraşdıra bilər. LineageOS-in öz bərpa modu (Recovery) var, başqa bərpa modlarından da quraşdırmaq olar.

İstinadlar

Kateqoriya:Android paylanmaları Kateqoriya:Linux paylanmaları