Prussiyalı Şarlotta (; ) — Almaniya imperatoru III Fridrixin qızı, Saksen-Meyninqen hersoginyası.

Həyatı 1860-cı ildə Potsdamda dünyaya gəldi. Atası Prussiya kralı I Vilhelmin oğlu və varisi Şahzadə Fridrix, anası isə Böyük Britaniya və İrlandiya kraliçası Kraliça Viktoriyanın qızı Şahzadə Viktoriyadır. Uşaqlıq illəri qış aylarında Berlində, yay aylarında isə Potsdamda keçdi. Atasının ordudakı vəzifələri səbəbilə, anasıyla sıx və mehriban münasibəti vardı. O və bacı-qardaşları anasının nəzarətində ingilis üslubunda təlim-tərbiyə aldılar.

1877-ci ilin aprelində Saksen-Meyninqen taxt-tacının varisi Şahzadə Bernardla nişanlandı. Üstəlik seçilən bəy namizədi də özü kimi Prussiya kralı III Fridrix Vilyamın nəticəsi idi. Özündən 9 yaş böyük və Fransa-Prussiya müharibəsi iştirakçılarından idi. Cütlüyün toy mərasimi 18 fevral 1878-ci ildə Berlində baş tutdu. Eyni mərasimlə, Böyük Oldenburq hersoqu II Pyotrun oğlu Şahzadə Fridrix Avqustla Prussiyalı Yelizaveta Anna da evləndilər. Cütlüyün bu nigahdan 1 qız uşağı doğuldu.

Şahzadə Fyodora (1879-1945)

Atası III Fridrix adıyla 1888-ci ilin martında Prussiya kralı və Almaniya imperatoru oldu. Ancaq elə həmin ilin iyununda xərçəng səbəbilə vəfat etdi. Bu dövrdə digər bacı-qardaşları kimi Şahzadə Şarlotta da atasının yanında qaldı.

Ərinin 1914-cü ildə taxta çıxmasıyla Saksen-Meyninqen hersoginyası olan Şarlotta Birinci Dünya müharibəsinin ardından əriylə birlikdə bütün ünvanlarını itirdi. Əziyyət çəkdiyi ürək-damar problemləri səbəbilə mülaicə aldığı Baden-Badendə keçirdiyi ürək çatışmazlığı səbəbilə 1919-cu ildə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:Almanlar