Prussiyalı Sofiya (; ) — Almaniya imperatoru III Fridrixin qızı, Yunanıstan kraliçası.
Həyatı Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. 1889-cu ildə Yunanıstan taxt-tacının varisi Şahzadə Konstantinlə evləndirildi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu. Qaynanası kimi, Sofiya da xeyriyyəçiliklə məşğul oldu. hərbi hospitalları ziyarət etdi və yaralı əsgərlərlə yaxından maraqlandı.
Bütün bu səylərinin sonunda nənəsi Kraliça Viktoriya ona Qızıl Xaç mükafatı göndərsə də, bu fəaliyyətləri yerli xalq tərəfindən yaxşı görülmədi. Əslən alman olması və o illərdə yunanların almanların ən güclü müttəfiqi olan Osmanlılarla müharibə şəraitində yaşaması Prussiyalı Sofiyanın alman cəsusu olması barədə şayələrin yayılmasına səbəb oldu. Ərinin 1917-ci ildə taxtdan endirilməsinin ardından ailə üzvləriylə birlikdə İsveçrəyə sürgün edildi.
Taxta çıxarılan oğlu Aleksandr isə vaxtsız vəfat etdi və iflas edən Yunan hökuməti I Konstantini yenidən ölkəyə dəvət etdi. 1920-ci ildə digər ailə üzvləriylə ölkəyə qayıdan I Konstantin, Mustafa Kamal Paşanın yunanlar üzərində qazandığı qələbənin ardından yenidən taxtdan çəkilməyə məcbur oldu. Ən böyük oğlu II Georq Yunanıstan taxt-tacına sahibləndi. Sofiya və ailə üzvləri bu dəfə İtaliyaya sürgün olundu və ertəsi il burada əri vəfat etdi. Son illərini ailəsiylə birlikdə keçirən Sofiya 1932-ci ildə Almaniyada vəfat etdi.
Övladları II Georq (19 iyul 1890 – 1 aprel 1947) Aleksandr (1 avqust 1893 – 25 oktyabr 1920) Helen (2 may 1896 – 28 noyabr 1982) Pavel (14 dekabr 1901 – 6 mart 1964) İrina (13 fevral 1904 – 15 aprel 1974) Yekaterina (4 may 1913 – 2 oktyabr 2007)
Qalereya
Mənbə
Henri van Oene, Genealogy of the Royal Family of Prussia, 13 May 1998, 18 September 2011 <Genealogy of the Royal Family of Prussia>. Pakula, Hannah, An Uncommon Woman, Simon & Schuster, New York, 1995, Petropoulos, Jonathan, Royals and the Reich, Oxford University Press, New York, 2006, Van der Kiste, John, The Prussian Princesses: Sisters of Kaiser Wilhelm II, Fonthill, 2014
İstinadlar
Kateqoriya:Yunanıstanın qadın şahzadələri