– Yaponiyanın Hyoqo prefekturasının Avaci şəhərində yerləşən muzey. Muzey rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-elərinə həsr olunmuşdur.
Tarixi Minoru Nakahama 1977-ci ildən etibarən mürəkkəblə çəkdiyi pişik rəsmlərindən ibarət sərgilər təşkil edir. O, bu sahə üzrə aparıcı fiqurlardan biri hesab olunur. Muzey 15 mart 2000-ci ildə açılmışdır.
Ekspozisiya Muzey dünyada incəsənətə həsr olunmuş ilk pişik muzeyidir. Burada Avaci şəhərində doğulmuş rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-eləri sərgilənir. İki mərtəbədən ibarət muzeydə pişikləri təsvir edən 120 rəsm və keramika məmulatı nümayiş etdirilir. Muzeyin kolleksiyasına 7000 pişik təsviri daxildir. Birinci mərtəbədə sərgi "Məhəllə portretləri" adlı 20 metr uzunluğundakı əsər ilə başlayır. Nakahama bu əsərdə məhəlləsindəki pişikləri təsvir etmişdir. İkinci mərtəbədə "Avaci pişiyinin hekayəsi" sərgisi yerləşir. Bu sərgi Tenpyo dövründə Avaci adasına sürgün edilmiş və Akaşi boğazını dəniz donuzunun belində keçməyə çalışan bir pişiyin hekayəsinə həsr olunmuşdur.
Muzeydə dəniz donuzunun üstündə dayanan Koma adlı pişiyi əks etdirən monumental heykəl qoyulmuşdur. Muzey girişinin yanında pişiklərlə əlaqədar Komaçiyo məbədi yerləşir. Muzey binasının interyeri pişik izləri ilə bəzədilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2000-ci ildə yaradılmış muzeylər Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Hyoqo prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyada pişiklər Kateqoriya:İncəsənətdə pişiklər Kateqoriya:Avaci Kateqoriya:2000-ci ildə Yaponiyada yarananlar