Beşiktaş Gimnastik Klubu (tr. Beşiktaş Jimnastik Kulübü) 1903-cü ilin Mart ayında İstanbulda təsis edilən idman klubudur. Beşiktaş Bərəkət Gimnastika klubu adıyla qurulan komanda, 26 Yanvar 1911 tarixində quruluşu təsis edilən klub Beşiktaş Osmanlı Gimnastika Klubu adı ilə təsdiqlənmişdir. Klub, futbol (kişilər və qadınlar), basketbol (kişilər və qadınlar), voleybol (kişilər və qadınlar) və həndbol növlərində əsas liqada, gimnastika, əlillər, boks, bric, güləş, yüngül atletika, avarçəkmə, stolüstü tennis və şahmat növlərində iştirak edir. Beşiktaş klubu emblemində Türkiyə bayrağını daşıyan ilk idman klubudur. Bundan əlavə futbol şöbəsində formasında ulduz daşıyan və beşdən çox çempionluğu olan 4 klubdan biridir.

Tarixi 200px|thumb|right|Beşiktaşın 1915-ci ildəki bir neçə idmançısının şəkili 200px|thumb|left|Klubun yaradıcısı Mehmet Şamil Şhaplı 1902-ci ildə 22 nəfərdən ibarət olan qrup, o dövrdə Mədinə mühafizəsi adını daşıyan Şhaplı Osman Fərid paşa Beşiktaş rayonunu Sərəncəbəy bölgəsindəki evinin həyətində həftənin müəyyən günlərində görüşüb gimnastika ilə məşğul olardılar. O dövrdə toplanma azadlığı olmadığına görə bir gün bu qrup kəşfiyyat idarəsinin hücumu ilə polisə aparılmışdılar. Ancaq sonralar II Əbdülhəmidin yavəri və bəzi saray əməkdaşları padşahı sağlamlığa xeyirli işlər gördüklərini və dinən haram qəbul edilən və qadağan edilən futbol ilə məşğul olmadıqlarına inandıraraq bu qrupu gimnastika ilə məşğul olmağa icazə vermişdilər. Buna görə daha sonra adlarını Osmanlı Beşiktaş Bədən Tərbiyəsi Məktəbi olaraq dəyişdirmişdilər. Buna görə II Abdülhəmid də sadəcə bu idmanlarla məşğul olmaqları şərti ilə onlara icazə verən fərman imzaladı. 1903-cü ilin mart ayında icazə ilə Beşiktaş Bərəkət Gimnastika Klubu yaradıldı. Şhaplı Fərid paşanın oğlu Mehmet Şamil Şhaplı ilk prezident, Hüseyn Bərəkət isə ilk yardımçı oldu. Klub adını Şhaplı Fərid paşanın babası Mirzaiko Bərəkət bəy və atası Bereketiko Həsən bəydən alıb."Bir Çərkəs Klubu". Cumhuriyet Qəzeti İdman Səhifəsi: s. 5. 2 Oktyabr 2007

1908-ci ildə ikinci konstitusiya ilə idmanla məşğul olmaq qadağaları bir qədər azaldıldı. 31 mart üsyanını yatırmaq üçün Ədirnədən İstanbula gələn Fuad Balkan və Məzhər Qazancı üsyan yatırıldıqdan sonra Fuad Balkan güləş və eskrim, Məzhər Qazancı isə ağırlıq qaldırma üzrə Sərəncəbəydə bir neçə dərs verməyə başladılar. Fuad Balkanın İhlamurdakı evinin alt mərtəbəsini hazırlayaraq, klubun adını Beşiktaş Osmanlı Gimnastika Klubu kimi dəyişdirdi. 13 yanvar 1910-cu ildə Bəyoğlu Qeydiyyat bürosu prezidenti Muhittin bəy Beşiktaş Osmanlı Gimnastika Klubu adını təsdiqlədi. Beləliklə Beşiktaş rəsmi qeydə alınan ilk Türk idman klubu oldu. O zamanlar Osmanlıda Cəmiyyət Konstitusiyası olmadığına görə xüsusi icazə ilə bu qeydiyyat təsdiqlənmişdir. Bu konstitusiya 1912-ci ildə yaradıldığına görə digər klublar adi qeydiyyat ilə lisenziyalarını ala biliblər. Klubun qeydiyyatı tamamlandıqdan sonra yaxın zonalardan idmançıların qoşulması ilə birlikdə idmançı sayı 150 oldu. Daha sonra isə klubun olduğu bina İhlamur bölgəsindən Akaretlərə köçürüldü və 600 qızıl qarşılığında arxa hissəsindəki baxşa idman sahəsinə çevrildi.

Qurucuları

Beşiktaşın qurucularının bir çoxu Qafqaz mənşəlidir.

1 Əhməd Fetgeri Aşeni (Dəniz Polkovniki) 2 Mehmet Əli Fetgeri (Müəllim-Yazıçı) 3 Fuad Balkan (Eks-Mayor-Kocaeli millətvəkili) 4 Mehmet Şamil Şhaplı (Osman Paşazadə) 5 Hüseyin Bərəkət (Osman Paşazadə) 6 Nazım Nazif Andər (Qadızadə-Aqro mühəndis) 7 Həmzə Osman Erkan (Osman Paşazadə-Eks Afyon millətvəkili) 8 Bəhçəd Bəy 9 Kənan Bəy (II Abdülhəmidin xüsusi mühafizəçisi) 10 Mehmet Paşa (Baş yavər) 11 Dəli Fuad Paşa 12 Fəti Bəy (Hava kapitanı) 13 Muhittin Paşa (Eks Qahirə səfiri) 14 Əli Qılınc (Eks Qaziəntəp millətvəkili) 15 Məzhər Qazancı (Atlı qoşun zabiti) 16 Ziya Qaramürsəl (Xəzinə qoruma müdiri) 17 Əhməd Paşa (Sürrə əmiri) 18 Şükrü Paşa (Eks Vyana səfiri) 19 Mahmud Naci Bəy (Fəzzan millətvəkili) 20 Şövkət Cənani (Baş vəkil Qədri Paşazadə) 21 Cami Bayburd (Fəzzan millətvəkili) 22 Şərəf Bəy (Müəllim, kapitan)

Rənglər və emblem 200px|thumb|right|Beşiktaşın 1930-cu illərdə istifadə etdiyi emblem Tarixi məlumatlara görə Beşiktaşın rəngləri ağ və qırmızı olmuşdur. Lakin Balkan müharibəsində 340 min əsgər şəhid olduğuna görə qırmızı rəng qaraya dəyişdirildi bundan sonra da rənglər bu cür qaldı. Lakin Beşiktaş idarəçiləri "100-cü il" sənədli filmində rənglərin heç vaxt qırmızı ağ olmadığını ən əvvəldən ağ-qara olduğunu iddia edirlər. İlk zamanlar formaya ehtiyac olmasa da sonralar həm formaya həm də bir emblemə ehtiyac yarandığına görə ilk qurucu Mehmet Şamil Şhaplı heyəti toplayaraq ondaki rozetkaya bənzəyən bir emblem hazırlanmasını istəmişdir. İlk Beşiktaş embleminde orta hissədə düzbucaqlı və ona altdan bitişik tərs üçbucaqda baş hissəsindən üç ədəd qara iki ədəd ağ rəngdə köndələn cizgi, mərkəzində isə sol tərəfdə düzbucaqlının yarısı qədər Osmanlı bayrağı (indiki Türkiyə bayrağı) geri qalan hissədə dikinə üç ədəd qara iki ədəd ağ düzbucaqdan ibarətdir. Osmanlı (indiki Türk bayrağı) embelmdə əks etdirmə hüququ ilk qeydiyyata alınan klub olduğuna görə Beşiktaşa verilib.

Qara Qartal simvolunun alınması 19 yanvar 1941-ci ildə Şərəf Stadionunda oynadığı Süleymaniye matçında Mehmet Qalin adlı bir azarkeşin "Hücum edin Qara Qartallar" deyə qışqırması ilə bütün stadion bu cür azarkeşlik etməyə başlayıb və o matçı Beşiktaş 6-0 qalibiyyətlə bitirdiyinə görə Beşiktaşın simvolu "Qara Qartallar" qəbul edilib.

Prezidentləri

1903-08 Mehmet Şamil Şhaplı 1908-11 Şükrü Paşa 1911-18 Fuad Paşa 1918-23 Fuad Balkan 1923-24 Salih Bəy 1924-26 Əhməd Fetgeri Aşeni 1926-28 Fuad Balkan 1928-30 Əhməd Fetgeri Aşeni 1930-32 Emin Şükrü Kunt 1932-35 Əbdülqədir Ziya Qaramürsəl 1935-38 Fuad Balkan 1938-39 Əbdülqədir Ziya Qaramürsəl 1939-41 Yusif Ziya Ərdəm 1941-42 Əbdülqədir Ziya Qaramürsəl 1942-50 Abdulla Ziya Qozanoğlu 1950 Əkrəm Amaç 1950-52 Salih Fuad Keçəci 1952-55 Abdulla Ziya Qozanoğlu 1955-56 Tahir Söyüdlü 1956-57 Danyal Akbel 1957 Fərhad Nasir 1957-58 Nuru Toqay 1958 Ənvər Qaya 1958-60 Nuru Toqay 1960-63 Haqqı Yetən 1963-64 Selahəttin Akel 1964-66 Haqqı Yetən 1966-67 Həsən Salman 1967-68 Haqqı Yetən 1968-69 Tələt Asal 1969-70 Rüşdü Ərquş 1970 Nuru Toqay 1970-71 Aqasi Şən 1971-72 Himmet Ünlü 1972-73 Şəkip Oxçuoğlu 1973-77 Mehmet Üstünqaya 1977-79 Qazi Akınal 1979 Hüseyn Cəvahir 1979-80 Qazi Akınal 1980-81 Rza Qumruoğlu 1981-84 Mehmet Üstünkaya 1984-2000 Süleyman Seba 2000-04 Sərdar Bilgili 2004-12 İldırım Dəmirörən 2012- Fikrət Orman

Futbol Şöbəsi

Beşiktaşın futbol şöbəsi 1911-ci ildə Şərəf Bəyin nəaliyyətləri ilə qurulmuşdur. Şərəf Bəy 1911-ci ildən 1925-ə qədər həm futbolçu həm də məşqçi kimi Beşiktaşın şərəfini qoruyub. Sonralar başqa idman növlərinin futbolun qarşısını aldığına görə Şərəf bəy klubdan ayırılıb başqa bir klub yaradır və həmin yaradılan klub Beşiktaşı 3-2 məğlub etdikdən sonra Şərəf Bəy təkrar Beşiktaşa qaytarılır. Sonraki dövrlərdə Balkan müharibəsi və Birinci Dünya müharibəsinə görə bir çox futbolçu orduya gedir. 1919-cu ildə Cuma Liqasına qoşulmaq istəsələr də bu rədd edilir. Buna görə Şərəf Bəy rədd alan digər klublarla birlikdə İstanbul İdman Liqasını yaradır. Sonralar ardıcıl olaraq Bazar Liqası və İstanbul Liqasında iştirak edərək bir neçə çempionluq qazanır. Sonralar Milli Küme adı verilən çempionatda iştirak edir. 1951-ci ildən etibarən ilk dəfə peşəkar İstanbul Peşəkarlar Liqası qurulur. 1956-cı ildə isə UEFA Türkiyədən də Çempionlar Kubokuna klub alınacağını açıqlayır. Bununla birlikdə 1956-57 və 1957-58-ci illərin çempionu Beşiktaş və ilk türk klubu UEFA-nın ən nüfuzlu turnirində iştirak hüququ qazanır. Bu iştiraka görə 2000-ci ildə Türkiyə Futbol Federasiyası rəsmi çempionatlar başlamasa da Çempionlar Kubokunda iştiraka görə Beşiktaşın 1957 və 1958-ci ildəki çempionluqlarının da sayılmasına qərar verir. 1959-cu ildə Türkiyədə ilk dəfə peşəkar çempionat yaradıldı və Milli Liqa adı verildi. O dövrdən indiyədək Beşiktaş 13 çempionluq qazandı.

Avropa kubokları

1957-ci ildə Beşiktaş Çempionlar Kuboku dəvət edilməsinə baxmayaraq TFF Beşiktaşın adını UEFA-ya gec bildirməsinə görə həmin mövsüm iştirak edə bilmədi. Ertəsi mövsüm isə ilk dəfə Çempionlar Kubokunda iştirak etdi. İlk turda Yunanıstanın Olimpiakos klubu ilə qarşılaşmalı olsa da siyasi səbəblərə görə yunan klubunun oyuna çıxmaması ilə Beşiktaş mərhələni keçdi. Növbəti mərhələdə Madridin "Real" klubuna ümumi hesabda 3-1 məğlub olaraq turniri başa vurdu. Avropa kuboklarında Beşiktaş adına ilk qolu Qaya Köstepen vurmuşdur. Beşiktaş 2002-ci ildə UEFA Kubokunda Bosniya və Herseqovina klubu Sarayevonu 0-5 hesabı ilə məğlub edərək Avropada ən böyük hesablı qalibiyyətini alıb. Ən fərqli məğlubiyyətini isə 2007-08 Çempionlar Liqası mövsümündə İngiltərənin Liverpul klubuna qarşı 8-0 məğlubiyyətlə alıb. UEFA turnirlərində ən çox oynayan oyunçu İbrahim Üzülməz (63), ən çox qol vuran isə Oqtay Dərəlioğludur (14).

Basketbol şöbəsi

Beşiktaşın basketbol şöbəsi 1933-cü ildə təsis edilib. Qadın basketbol klubu isə 1956-ci ildə təsis edilib. Basketbol klubunun ev oyunlarını BJK Akatlar Arena zalında oynayır.

Kişilər basketbol klubu

1933-cü ildə qurulan kişilər basketbol klubu, ilk oyununu Qalatasaray ilə oynayıb və oyunu 27-28 uduzub. 1938-ci ildə Berlin Olimpiya oyunlarından sonra komanda dağılıb, 1940-cı ildə təkrar yardılan klub Barxoba klubunun dağılmasına görə onların heyətindəki oyunçuları öz heyətinə cəlb edə bilib. Klub 1950-ci ildə təkrar dağılıb və 5 il fəaliyyət göstərməkdə çətinlik yaşayıb. 16 mart 1957-ci ildə Beşiktaşın Karagücü ilə oyununda 110 xalının hamısını qeyd edən Hüdai Bahadur o dövr üçün rekord nəticə göstərmişdi. 1966-17-ci ildə qurulan Türkiyə Liqasında iştirak edə bilməyən Beşiktaş ertəsi mövsüm bu liqaya qoşuldu. İlk dəfə 1974-75 mövsümündə Türkiyə liqasında çempion ola bilib.

2011-12 mövsümü isə kişi basketbol klubu üçün ən uğurlu mövsüm oldu. NBA-də baş verən krizisə görə Nyu Cersi Netsin oyunçusu Deron Uilyaması mövsümün sonuna qədər icarəyə götürən Beşiktaş ilk olara Türkiyə Kubokunda finalda Banvit klubunu 4 oyunda da məğlub edərək tarixində ilk dəfə bu kuboku qazandı. ULEB Eurocup turnirində mübarizəni dayandırdığına görə EuroChallenge kubokunda mübarizəyə davam edən Beşiktaş finalda Fransız klubu Elan Şalonu məğlub edərək bu kuboku və ilk Avropa çempionluğunu qazanmış oldu. Liqada isə ardıcıl olaraq əvvəlcə Fənərbaxçanı sonra Qalatasarayı, finalda isə Anadolu Efesi məğlub edərək tarixində ikinci dəfə bu kuboku qazandı. Beləliklə Beşiktaş kişilərdən ibarət basketbol klubu 2011-12 mövsümündə iştirak etdiyi bütün turnirlərdə qalib oldu.

Qadınlar basketbol klubu

Qadın basketbol klubu 1956-ci ildə yaradıldıqdan sonra ilk mövsümündə ikinci oldu. Lakin sonra 1967-ci ilə qədər fəaliyyətini dayandırdı. 1955-80 aralığında İstanbul Liqasında səkkiz dəfə çempion ola bilib. Peşəkar Qadınlar Basketbol Liqasında isə 1983-84, 1984-85 və 2004-05 mövsümlərində çempion olub.

Voleybol şöbəsi

1923-cü ildə yaradılıb. Voleybol komandası da ev oyunlarını BJK Akatlar Arenada oynayır.

Kişilər voleybol klubu

1921-70 illəri aralığında cəmi 1 (1926) çempionluq qazanan klub, 1984-cü ildə Federasiya kubokunu qazanıb. 2012-ci ildə maliyyə problemlərinə görə fəaliyyətini dayandırsa da, 2013-14 mövsümündə ikinci liqadan başlayıb və təkrar birinci liqaya yüksələ bilib.

Qadınlar voleybol klubu