Təhminə — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.
Məzmunu
Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu Zaur atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım (Zərnigar Ağakişiyeva) və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur
Bir müddət sonra Təhminəni iş yerindən Moskvaya peşəkar təyinatla göndərirlər. Zaur Təhminəni o qədər çox sevir ki, onun ardınca Moskvaya gedir.
Zaurun ailəsi onun Təhminə ilə romantik münasibətini pisləyir və Zauru ailə dostunun 19 yaşlı qızı Firəngiz (Laura Rzayeva) ilə əvvəlcədən razılaşdırılmış evliliyə məcbur etməyə çalışır. Sosial təzyiqlər və Zaurun anası (Zərnigar Ağakişiyeva) tərəfindən Təhminəyə davamlı zənglər sonda onların münasibətlərində problemlər yaradır və onların ayrılmasına səbəb olur.
Valideynlərinin məsləhətini dinləyən Zaur Firəngizlə ailə qurur. Təhminə isə ürəyinin ağrısını sakitləşdirmək üçün tənhalıqda spirtli içkilərə qurşanır. Bu vərdişinə görə Təhminə qaraciyərində problemlər yaşayır və sonda Zaur və Firəngizin İstanbulda keçirdiyi bal ayı zamanı sirrozdan dünyasını dəyişir.
Festivallar və mükafatlar 1)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Quruluşçu rejissor Rasim Ocaqov ən yaxşı rejissor işinə görə Priz almışdır. Aktrisa Zərnigar Ağakişiyevaya ən yaxşı qadın roluna görə Priz verilmişdir.
Film haqqında thumb|Fəxrəddin Manafovun fanatları ilə görüşündə filmin təqdimatı, 2 avqust 2017-ci il Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Təhminə Azərbaycan televiziyası üçün sabahkı proqramı oxuyanda deyir: "Park" bədii filminə baxa bilərsiniz. "Park" filminin rejissoru Rasim Ocaqov, baş rolun ifaçısı isə Fəxrəddin Manafovdur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi) Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Zəfər Murtuzov (Z. Murtuzov kimi) Operator: Tərlan Babayev (T. Babayev kimi) Geyim rəssamı: N. Cəfərova Qrim rəssamı: Elbrus Vahidov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Xuraman Abbasova, Nizami Məmmədov Operator assistenti: Aydın Mustafayev Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl Filmin direktoru: Nadir Əliyev Mahnı ifa edən: Rafiq Babayev ("Əlvida" mahnısı) (titrlərdə yoxdur) Musiqisindən istifadə edilən bəstəkar: Frederik Şopen (titrlərdə yoxdur), Küçələrə su səpmişəm (Azərbaycan xalq mahnısı; titrlərdə yoxdur)
Rollarda Meral Konrat — Təhminə Fəxrəddin Manafov — Zaur Zərnigar Ağakişiyeva — Zivər Həsən Məmmədov — Professor Zeynallı Larisa Xələfova — Mədinə Həsənağa Turabov — Dadaş Tofiq Mirzəyev — Muxtar Laura Rzayeva — Firəngiz Elmira Şabanova — Aliyə Füzuli Hüseynov — Spartak Məlik Dadaşov — Murtuz Dadaş Kazımov — Məmmədnəsir Eldəniz Rəsulov — Aspirant Georgi Ştil — Milis nəfəri starşina Lisiçkin Məbud Məhərrəmov — Zaurun iş yoldaşı Nuriyyə Əhmədova — Sima F. Əlicanov Mayak Kərimov — Qurban Tələt Rəhmanov — Ad günündəki qonaq V. Gersenzon — Ofisiant Kənan Məmmədov — Ad günündəki qonaq (titrlərdə yoxdur) Tanilə Əhmərova — Ad günündəki qonaq (titrlərdə yoxdur) Elbrus Vahidov — Ad günündəki qonaq (titrlərdə yoxdur) Emin Sabitoğlu — Ad günündəki qonaq (titrlərdə yoxdur)
Filmi səsləndirənlər Nəcibə Hüseynova — Təhminə (Meral Konrat) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Mədinə (Larisa Xələfova) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Məmmədnəsir (Dadaş Kazımov) (titrlərdə yoxdur) Hacı İsmayılov — Zaurun iş yoldaşı (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)
Sponsor Bakı Neftayırma Zavodu ("Azneftyağı")
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Xarici keçidlər Təhminə (film, 1993) Full HD Zərnigar Atakişiyeva filmin çəkilişi barədə "Rəsul Quliyev istəmişdi ki, Təhminəni…" Meral Konrat: "Fəxrəddin Manafovun məndən üzr istəməsini gözləyirəm" — MÜSAHİBƏ Təhminənin Spartakla Azərbaycan rəqsi — VİDEO Fəxrəddin Manafov ilə görüş / "Təhminə" filmi
Filmin musiqisi left|thumb|Musiqi-1
Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Azərbaycanın melodram filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:"Ocaq" Müstəqil Studiyası Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:1990-cı illərin rus dilli filmləri Kateqoriya:1993-cü ilin Azərbaycan filmləri