Əmirli (, ) — İraqın Səlahəddin mühafəzəsinin Tuzxurmatu qəzasında şəhər. Əhalisi əsasən əslən Bayat tayfasına mənsub şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Şəhər İran sərhədindən təxminən 100 kilometr aralı yerləşir. Əkinçilik bölgəsinin mərkəzidir.
Tarix
2007-ci ildə bombalama
7iyun2007-ci ildə İŞİD tərəfindən Əmirli bazarında törədilən partlayış nəticəsində 165 nəfər həlak olmuş, 350 nəfər yaralanmışdır.
2014-cü ildə İŞİD tərəfindən mühasirəyə alınması
Şəhər və onun 20,000-ə yaxın şiə müsəlman türkmən əhalisi 2014-cü ilin iyun ayından başlayaraq İŞİD tərəfindən mühasirəyə alınıb. Ərzaq, su və təchizat tükənmək üzrə idi. BMT nümayəndəsi bildirib ki, "Əmirlidə insanların vəziyyəti çıxılmazdır və vətəndaşların mümkün qətliamının qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələb edilir". Avqustun 31-də İraq ordusu Amerika Birləşmiş Ştatları, Peşmərgə və Əsaib Əhli-Həqin köməyi ilə mühasirəni yarmağa müvəffəq olub və şəhərə daxil olaraq əhalinin sevincinə səbəb olub. İranın Əmirlinin mühasirəsinin yarılmasında "hərbi planlaşdırma" rolu oynadığı bildirilir.
İstinadlar
Mənbə
Kateqoriya:İraqdakı Türkman yaşayış məntəqələri Kateqoriya:Səlahəddin mühafəzası