Meysəm Təmmar türbəsi () — İraqın Nəcəf mühafəzəsinin Nəcəf şəhərində yerləşən türbə və məscid.
Tarix Həzrət Əlinin səhabəsi olan Meysəm Təmmarın türbəsi məşhur Kufə məscidinin qərbində və ondan 500 metr aralı Həzrət Əliyə nisbət verilən evin qarşısında yerləşir. Meysəm Təmmar türbəsinin ilkin tikilmə tarixi haqqında heç bir məlumat yoxdur. Lakin Hacı Məhəmməd Rəşad ibni Nasir-i Mərz-i Nəcəfi hazırkı türbəni 20ci əsrin ikinci yarısında 40 min İraq dinarı sərf etmək ilə tikmişdir. 2012-ci ildə isə Nəcəf mühafəzəsinin yenidən qurma şurası ziyarətgahın inkişaf etdirmək qərarına gəldi. Bu məqsədlə İraq rəsmilərinin iştirakı və təxminən dörd milyard İraq dinarı sərfi ilə Meysəm Təmmar ziyarətgahının inkişaf layihəsinin təməlqoyma mərasiminə start verildi.
İstinadlar
Kateqoriya:İraq məscidləri Kateqoriya:Nəcəf Kateqoriya:Şiəlik