Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ərazi Orta, qismən Şimali və Cənubi Uralı, həmçinin ona bitişik Şərqi Avropa və Qərbi Sibir düzənliklərinin bir hissəsini əhatə edir. Tərkibinə Başqortostan və Udmurt respublikaları, Kurqan, Orenburq, Perm, Sverdlovsk, Çelyabinsk vilayətləri daxildir. Sahəsi 1.818.497 km²-dir

İqtisadiyyatı Faydalı qazıntılarla (neft, təbii qaz, metal və qeyri-metal filizlər və s.) zəngindir. Sənayesi kənd təsərrüfatına nisbətən xeyli üstünlük təşkil edir. Əsas sənaye sahələri qara və əlvan metallurgiua, maşınqayırmadır. Ümumrusiya əhəmiyyətli mədən-kimya sənayesi, ağac tədarükü və qazçıxarma inkişaf etmişdir. Kənd təsərrüfatında taxılçılıq və ətlik-südlük heyvandarlıq mühüm yer tutur. Nəqliyyatın əksər növləri inkişaf etmişdir.

Məşhur yerlilər Sergey Svetlakov-şoumen, televiziya aparıcısı, aktyor, prodüser, ssenarist

Alexander Maslyakov-teleaparıcı, televiziya prodüseri

Semyon Altov-Yumorist yazıçı

Aleksey Balabanov-kinorejissor, prodüser, ssenarist

Yuri Loza-müğənni, bəstəkar

Alexander Malinin-müğənni

İqor Altuşkin-sahibkar, " Rus mis Şirkəti "nin təsisçisi və direktorlar şurasının sədri. Xeyriyyəçi və ictimai xadim.

Kateqoriya:Rusiyanın federal dairələri Kateqoriya:Ural Federal Dairəsi