Vaqif Məhərrəm oğlu Abbasov () — kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru.

Ümumi məlumatlar Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də Azərbaycan Respublikasının Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olmuşdur. V.M.Abbasov 1968-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma kəndində orta məktəbdə (sentyabr-dekabr) kimya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

1973-cü ildə akademik Y.H.Məmmədəliyev adına NKPİ-nun aspi-ranturasına qəbul olunmuş və 1977-ci ilə kimi oranın aspirantı olmuşdur.

1977–1981-ci illər ərzində V.M.Abbasov NKPİ-də kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1978-ci ildə "Sintetik naften turşuları əsasında antistatik aşqarların sintezi və sınaqları" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

V.M.Abbasov D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan İdarə Heyətinin fəal üzvlərindən biri olmuşdur. 1978–1981-ci illər ərzində iki dəfə bu cəmiyyətin mükafatına və diplomuna layiq görülmüşdür.

1984-cü ildən başlayaraq, "Korroziya inhibitorları və konservasiya mayeləri" laboratoriyasına rəhbərlik etmiş, 2006-cı ildən eyni zamanda "Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası" şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2007–2008-ci illərdə laboratoriya müdiri, şöbə müdiri işləməklə yanaşı, NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.

2011-ci il dekabr ayının 21-dən Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru və şöbə müdiri vəzifələrində çalışır.

Ailəlidir: 2 qızı və 1 oğlu var.

Əsas elmi fəaliyyəti Akademik V.M.Abbasovun əsas elmi istiqaməti Azərbaycanın unikal neftlərinin tədqiqi, onların yeni emal proseslərinin yaradılması, nitrobirləşmələrin, metal komplekslərinin, yüksək molekullu aminlərin, amin komplekslərinin və çoxfunksiyalı aşqarların sintezinin, inhibitorların, inhibitor-bakterisidlərin, konservasiya mayelərinin və sürtkülərinin baza yağlarının və müxtəlif təyinatlı yağların yaradılması və onların təsir mexanizminin tədqiqi kimi problemlərin həllidir.

Əsas elmi nailiyyətləri 1982-ci ildə onun rəhbərliyi ilə VFİKS-82 adlı çoxfunksiyalı korroziya inhibitoru yaradılmış, SSRİ Neft Sənaye Nazirliyinin Dövlət Komissiyası sənaye sınağının nəticələrini müsbət qəbul edərək sənayedə tətbiqinə icazə vermişdir. Bu reagent 1983-cü ildən Azərbaycanın neft yataqlarında istifadə olunmağa başlanmışdır. 1985–1986-cı illərdə bu inhibitorun sınaqları Qərbi Sibirin neft yataqlarında keçirilib və istifadəsinə başlanılıb. 1988-ci ildə Rusiya Federasiyasının mineral gübrələr zavodu VFİKS-82 reagentinin istehsal texnologiyasını lisenziya ilə alıb və sənaye istehsalını təşkil edib.

V.M.Abbasovun rəhbərliyi ilə bu inhibitorun qış modifikasiyası yaradılıb və istehsalı təşkil olunub. 1983–1997-ci illərdə 21389 ton VFİKS-82, 1989–1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur. VFİKS-82 inhibitoru 1987-ci ildə SSRİ Xalq Təssərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülmüş və 1990-cı ildə SSRİ Elm və Texnika Komitəsi onun xarici ölkələrə satılması üçün lisenziya vermişdir. 1984-cü ildə V. M. Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34–1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur.

V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş və onun istehsal və tətbiqini həyatakeçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.

1990-cı ildə "Kaspi-2" adlı yeni korroziya inhibitoru yaradılıb, Qərbi Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçib və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır.

1995-ci ildə dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru yaradılıb və indiki H. Ə. Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin dekabr 25-nə qədər 13887.5 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir.

Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Nefr Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə "Xəzər" deemulqatoru yaradılıb və indiki H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin dekabrın 25-ə qədər bu reagent 2138.45 ton istehsal olunub və istifadə edilib. Hazırda onun tətbiqi davam edir.

2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçib. 2009-cu ildə "NKPİ-34–2" yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb, sənaye sınağı keçirilib, istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib.

2003-cü ildən "Bakı" ərp həlledicisi yaradılıb, neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur.

2009-cu ildə "Kaspi-X(M)" inhibitoru yaradılıb, H.Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb.

2009-cu ildən 2012-ci ilin dekabrın 25-ə qədər 238.7 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib.

2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" və Azərbaycanda istehsal olunan "Alkan" deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.

2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.

2002-2012 –ci illərdə “Nefras” – neft həl-lediciləri alınıb (“Aşqarlar ASC” Sumqayıt ş.).

2014-2016-cı illərdə yeni daha səmərəli azotlu və fosforlu gübrə “Azofos” yaradılıb, təcrübə sənaye nümunəsi (25 ton) istehsal olunaraq, bitkilərin əkildiyi sahələrdə uğurlu nəticələrlə sınaqdan keçirilib.

2015-ci ildə bituma adgeziya qatqısı “V-2” yaradılıb və 01.10.2022-ci ilə qədər 658,4 ton istehsal olunub.

2017-ci ildə “Abşeron- 2017” –bakterisid reagenti (24,0 ton), “Azəri -2017” duzçökmə inhibitoru (31,0 ton) və “VFİKS-2017” korroziya inhibitoru (35,0 ton) yaradılıb, sınaqdan keçirilib və tətbiq olunub.

2017-2022-ci illərdə İNKOR MMC-də istehsal olunan “Azofos K” gübrəsi Az.QRANAT MMC-nin nar və üzüm bağlarında istifadə olunub (199,14 ton).

Yanğınsöndürmə üçün bütün təbii sularda, o cümlədən dəniz suyunda işləyə bilən “Naftapen” köpükəmələgətiricisi yaradılıb, Respublika Fövqaladə Hallar Nazirliyinin poliqonunda sənaye sınağından keçirilərək, tətbiq üçün tövsiyə olunub.

Müalicəvi Naftalan neftinin yeni təmizlənmə üsulu ilə “Ağ Naftalan yağı”nın alınma texnologiyası işlənib hazırlanıb, AMEA-nın Təcrübə-Sənaye zavodunda təcrübə-sənaye sınaqlarından keçib. “Ağ naftalan yağı” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçib (DV ME № 15- 00133 2014) və dərman preparatı kimi istifadəsinə icazə verilib, istehsalı təşkil olunub. (Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi, fevral 2017).

2021-ci ildə “Parkorin-21” inhibitorunun tətbiqinə başlanılıb.

2022-ci ildə “Parkorin-22” inhibitor-depressantının tətbiqinə başlanılıb.

2022-ci ildə “Parkorin-22 A” asfalt-qatran-parafinçökmə inhibitorunun sənaye sınağı keçirilib və tətbiqə təklif olunub.

2022-2025-ci illərdə “Salyan Oil”, “Taghiyev Operating Company”, “XIM Polimer” MMC-də 616,65 ton “Parkorin-22A” inhibitor-depressant istifadə edilmişdir.

NKPİ-də “Qarabağ-1”, “Qarabağ-2”, “Qarabağ-3” və “Qarabağ-4” adlı bitkilərin boy stimullaşdırıcıları yaradılmış və sahə sınaqları keçirilmişdir. Bu reagentlər olduqca az miqdarda istifadə olunur, bitkilərin boyunun sürətlə inkişafına, məhsuldarlığın kəskin artmasına səbəb olur. NKPİ və “Beyman Agro” MMC ilə birlikdə “Qarabağ-3” bitki boy stimullaşdırıcısının sahə sınaqları həyata keçirilmiş və sınaqların nəticələrinə dair müsbət sınaq aktı (20.08.2025 tarıxli akt) alınmışdır. Onun yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə istifadəsi meşələrin sürətli bərpasına, kənd təsərrüfatı bitkilərinin məhsuldarlıqlarının artmasına səbəb olacaqdır.

NKPİ və İNKOR MMC-də birlikdə istehsal olunan “Bionaft Ağ Naftalan yağı” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” tərəfindən 2025-ci ildə tibb vasitəsi kimi ekspertizadan keçirilib.

Onun rəhbərliyi altında 44 fəlsəfə doktoru və 16 elmlər doktoru müdafiə etmişdir.

Elmi-təşkilatı fəaliyyəti NKPİ-nin Elmi Şurasının sədri (2011-ci ilin noyabr ayından) NKPİ-nin nəzdində D 01.031 Dissertasiya Şurasının sədri AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü (2005–2011-ci ilin mart ayı) "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktoru (2003-cü ildən) AMEA-nın "Elm dünyası" elmi-kütləvi jurnalının baş redaktorunun müavini (2013-cü ildən) Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü 1988-ci ildən 1992-ci iləqədər "ASSOKOR" assosiasiyasının rəyasət heyətinin üzvü Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir (05.04.2013) Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının Akademik üzvü seçilmişdir (may, 2013) 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş.

Təltif və mükafatlar SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı — 1987; "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı — 1987; SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri Fərmanı — 1989; Akad. Y. H. Məmmədəliyev adına medal — 1996; AMEA-nın Fəxri Fərmanı — 2000 Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı — 2004; "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı– 2005; "Şöhrət" ordeni – 2005; İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) "Elm və texnologiya" üzrə mükafatı — 2009. NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən "Avropa Keyfiyyəti" mükafatına layiq görülmüşdür — 2009. "The Name in Science" (Elmdə Ad) fəxri adına layiq görülmüş AMEA-nın müxbir üzvü, k.e.d., professor V. M. Abbasov Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir — 2013 (İngiltərə); Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur – 2013 Atatürk Uluslararası Ödülü – 2014-cü ildə. Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" – 2019http://www.nkpi.az/?page=read&id=1434 2014-cü ildə elm sahəsindəki fəaliyyətinə görə “Avropanın Əməkdar Elm Xadimi” adına, eyni zamanda Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Xidmətlərinə görə” Böyük Gümüş Xaç ordeninə layiq görülmüşdür.