200px|thumb|right|Avropa sərhədləri Azərbaycanın Avropa qitəsindəki ərazisi — Azərbaycan ərazisinin kiçik bir hissəsini (başlıca olaraq, Quba-Xaçmaz iqtisadi rayonu) əhatə edir. Ərazi üçün ən kiçik rəqəm 6960 kvadrat kilometrdir (Azərbaycan ərazisinin təqribən 8 faizi).
Ərazinin sərhədləri Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonunun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanıdır.
Avropanın sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir, Şüvəlanın ərazisinin də bir hissəsi Avropadadır. Avropanın sərhədinin bitdiyi yer təxminən Abşeron rayonunun Zirə qəsəbəsindədir. Zirənin yarısı Asiya, yarısı isə Avropadadır. Bakı tam olaraq Avropada deyil. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropa sərhədləri içindədir. Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya daxildir.
Siyasi nəticələri Azərbaycanın xarici siyasətində vacib məsələlərdən biri Avropa və Avropa-Atlantik quruluşuna inteqrasiyadır. Azərbaycan Avropa Şurasına üzvdür, Avropa Birliyi ilə yaxşı münasibətləri var, birliyə daxil olmaq üçün müraciət etmək hüququ var. Azərbaycan UEFA-nın üzvüdür, Avroviziya müsabiqəsində iştirak edir.
Təşkilat və ya tədbirDaxil olma iliAvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı30 yanvar 1992Avropa Yenidənqurma və İnkişaf Bankı25 sentyabr 1992Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası30 iyul 1993Sülh Naminə Tərəfdaşlıq (NATO)4 may 1994UEFA (Avropa Futbol Assosiasiyalarının İttifaqı)may 1994Avro-Atlantik Tərəfdaşlıq Şurası1997Avropa Şurası25 yanvar 2001Avropa Mülki Aviasiya konfransı2002Avropa Yayım İttifaqı2007 (İctimai TV və İctimai Radio)Avroviziya Mahnı Müsabiqəsi2008Şərq Tərəfdaşlığı (Avropa Birliyi)2009Avropa Siyasi İcması2022
Mədəniyyətdə
Həmçinin bax Avropa İttifaqı–Azərbaycan münasibətləri Azərbaycan–NATO münasibətləri
İstinadlar
Ədəbiyyat Qurban Səid. Əli və Nino. Bakı, "Qafqaz", 2006. — 252 səh. ISBN 9952-432-49-6
Kateqoriya:Azərbaycan coğrafiyası Kateqoriya:Avropa coğrafiyası