– Yaponiya hüquqşünas alimi. Hüquq fəlsəfəsi ilə məşğul olmuşdur.
Həyatı 1899-cu ildə Koreyanın Seul şəhərində doğulmuşdur. 1923-cü ildə Tokio Universitetindən məzun olduqdan sonra Kioto Universitetinin fəlsəfə dekanlığına daxil olmuş, Kitaro Nişidanın tələbəsi olmuşdur. 1928–1932-ci illərdə Almaniya və Avstriyada Hanz Kelsen və Edmund Husserlin rəhbərliyi altında təhsil almışdır. 1928-ci ildə Keyco Universitetinin köməkçi professoru təyin olunmuşdur. 1944-cü ildən sonra Tokio Universitetində fəlsəfə dərsləri vermişdir.
Fəaliyyəti Odakanın nəzəriyyələri neokantçılıq və fenomenologiya elementlərini özündə birləşdirir. İkinci Dünya müharibəsindən sonra yeni Yaponiya konstitusiyasından qəbul olunmasından sonra kokutayın tamamilə dəyişib-dəyişmədiyi haqqında Toşiyoşi Miyazava ilə debata daxil olmuşdur. Odakaya iddia etmişdir ki, kokutay hakimiyyət yox, antik yunanların nomos adlandırdıqları hökmran qanun və ya ənənədən yaranan prinsip idi və imperatorun simvolik statusa endirilməsi belə kokutayı dəyişdirməmişdir.
Odaka antikommunist liberal kimi tanınmışdır. 1950-ci ildə Yaponiyanı UNESCO-nun ümumi görüşündə təmsil etmişdir. Yaponiya Elmlər Akademiyasının üzvü olmuşdur. Odakanın əsərlərinə , , daxildir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya hüquqşünasları Kateqoriya:Yaponiya antikommunistləri Kateqoriya:Hüquq filosofları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Tokio Universitetinin məzunları Kateqoriya:Yaponiya filosofları Kateqoriya:Kioto Universitetinin məzunları