Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası–bəyli adlı icmanın məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini göstərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi Əhalisinin sayı 1141 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir.

Təhsil Kənddə orta məktəb fəaliyyət gösdərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri