Aşağı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Samux rayonunun Aşağı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağasıbəyli kəndi mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Yuxarı Ağasıbəyli oykoniminin qarşılığıdır. Ağasıbəyli XIX əsrin ortalarında maldar elatlardan birinin adını əks etdirir.
Coğrafiyası və iqlimi Kənd düzənlikdə yerləşir.
Əhalisi Əhalisinin sayı 460 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Samux rayonunun kəndləri