Boyunəkər, Boynakər, Boynəgər, Boynəkər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 9 noyabr 2020-ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Toponimikası Boynəgər kəndi Bazarçayın sahilindədir. Boynakər variantında da qeydə alınmışdır. Kənd Boyunəkərə yeri adlı sahədə salındığı üçün həmin sahənin adını götürmüşdür. Oykonim boyun (burada kotana qoşulan bir cüt öküz) və əkər (şumlanması asan olan, münbit torpaq sahəsi) sözlərindən düzəlib, "kotana qoşulan öküzlə şumlanan sahə" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri