Çardaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Çardaqlı kəndi rayon ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gələn ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Xalq etimologiyasına görə, Çardaqlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə əlaqədardır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Çardaqlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi həmin r-nun ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Çardaqlı kəndi rayon mərkəzindən 10 km. qərbdə, dağətəyi ərazidə yerləşir.
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 448-449.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri