Mi-171 Sovet/Rusiya istehsalı olan mülki nəqliyyat helikopteri olub, Mil Dizayn Bürosu tərəfindən hazırlanmış, Mi-8 (Mi-17) helikopterinin yeni modifikasiyası Mi-8AMT (ixrac versiyası Mi-171E adlanır) adlanır.

Mi-8AMTŞ (rus dilində: Ми-8АМТШ) helikopterinin hərbi modifikasiyası (rus dilində: Ми-171Ш, "Ш" — штурмовой, Azərbaycan dilində: Mi-171Ş, "Ş" — hücum) 2009-cu ildə istifadəyə verilmişdir.

İstehsalı Mi-8/17 tipli helikopterlər "Rusiya Helikopterləri" holdinqinin tərkibindəki Ulan-Ude Aviasiya Zavodunda və Kazan Helikopter Zavodunda istehsal olunur. 2014-cü ilə qədərki dövrdə, 12 mindən çox Mi-8 və onun modifikasiyaları istehsal edilmişdir ki, bu da iki mühərrikli helikopterlər arasında dünyada rekord göstərici hesab olunur. İstehsal edilmiş olan bu vertolyotlar dünyanın 100-dən çox ölkəsinə çatdırılmış və onların ümumi uçuş müddəti 100 milyon saatdan çox olmuşdur.

Hazırda Mi-8/17 tipli helikopterlərin aşağıdakı mülki modelləri istehsal olunur:

Mi-8AMT Mi-8MTV-1 Mi-171 Mi-171A1 Mi-172

İstinadlar

Kateqoriya:Hərbi vertolyotlar Kateqoriya:SSRİ vertolyotları Kateqoriya:Rusiyanın hərbi məhsulları