Şahzadə Dəmir () — jurnalist, yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Şahzadə Dəmir 1974-cü ildə Şırnak ilinin İdil ilçəsində anadan olub. İbtidai təhsilini İdil ilçəsində, orta və lisey təhsilini isə Nüseybin ilçəsində alıb. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.

Jurnalist olaraq çalışıb. Qəzetlərdə və jurnallarda məqalələri dərc olunub. “Nipper” adlı romanın müəllifidir.

Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının İdarə Heyətinin üzvü və Baş Katibi vəzifələrində çalışır.

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Evli və 5 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Osmanqazi Universitetinin məzunları