Osman Çingiz Çandar () — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Osman Çingiz Çandar 1948-ci ildə Ankarada anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. 1970-1971-ci illərdə ODTÜ İnzibati Elmlər Bölməsində beynəlxalq əlaqələr üzrə assistent vəzifəsində çalışıb.
1971-1973-cü illərdə Suriya və Livanda yaşayıb. FƏTH üzvü olub. 1976-2016-cı illərdə jurnalist olaraq çalışıb. Kitabları çap edilib, məqalələri dərc olunub. 1999-2000-ci illərdə Vaşinqtonda mütəxəssis olaraq çalışıb. İstanbul Bilgi Universitetində və İstanbul Kültür Universitetində müasir Yaxın Şərq tarixi və Yaxın Şərq siyasəti fənlərini tədris edib. 2018-ci ildən isə İsveç Beynəlxalq Münasibətlər İnstitutunda baş mütəxəssis vəzifələrində çalışıb.
1991-1993-cü illərdə prezident Turqut Özalın müşaviri vəzifəsində çalışıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Avropa İttifaqının Uyğunlaşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə, ərəbcə, ingiliscə və fransızca bilir. Evli və 1 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:XX əsr Türkiyə yazıçıları