Sırrı Sürəyya Öndər () — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı.

Həyatı Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub.

2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb.

28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb.

2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb.

1 uşaq atasıdır.

2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.

3 may 2025-ci ildə vəfat edib.

Filmoqrafiya (2005-2008) "Emret Komutanım" serialı (ssenari müəllifi) (2006) "Kalpsiz Adam" serialı (ssenari məsləhətçisi) (2006) "Beynelmilel" filmi (rejissor, ssenari müəllifi, musiqi, sənətçi) (2006) "Sis ve Gece" filmi (sənətçi)

İstinadlar

Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları Kateqoriya:İstanbul ilinin deputatları