Səmra Çağlar Gökalp () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Səmra Çağlar Gökalp 1988-ci ildə Bitlis ilində anadan olub. Van Yüzüncü İl Universiteti İngilis dili və Ədəbiyyatı Bölməsindən məzun olub. Mübadilə proqramı çərçivəsində Birləşmiş Ştatların Texas Universitetində təlimlərdə olub. Merilend Qadınlar Komissiyasında (Maryland Commission for Women) müşahidəçi olub.
Van Şəhər Bələdiyyəsində Avropa İttifaqı və Xarici əlaqələr şöbəsində çalışıb. 2019-cu ildə bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılmasından sonra tutduğu vəzifədən azad edilib. İnsan Hüquqları Dərnəyində İdarə Heyətinin üzvü olub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Müraciətlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Evlidir.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları