Tuncer Bakırhan () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, DEM Partiyasının həmsədri.

Həyatı Tuncer Bakırhan 1970-ci ildə Qars ilinin Susuz ilçəsində anadan olub. İbtidai və orta təhsilini Qarsda alıb. Bursa Uludağ Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.

Siyasi fəaliyyəti ərzində HEP, DEP, HADEP, DEHAP, DTP, BDP, HDP və DEM üzvü olub. 2003-2005-ci illərdə DEHAP sədri olub.

2014-cu ildə Siirt bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 16-da “PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs edilib və əvəzinə qəyyum təyin edilib.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.

15 noyabr 2023-cü ildə HEDEP həmsədri seçilib.

Kürdcə və ingiliscə bilir. Evlidir və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri