Onur Düşünməz () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Onur Düşünməz 1990-cı ildə Hakkari ilində anadan olub. Dicle Universiteti Hüquq Bölməsindən məzun olub.
Hüquqşünas olaraq Hakkari Vəkillər Kollegiyasında çalışıb, İdarə Heyətinin üzvü olub. Azadlıq Naminə Hüquqşünaslar Dərnəyinin Hakkari şöbəsinin həmsədri olub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə və ingiliscə bilir. Subaydır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları