thumb|444x444px|Saxur Xalqının Bayrağı

Saxurlar (sax. yixbı (йихъбы) / tsaxbı (цIаIхбы)) (ləz. Хъалтагъар) — Azərbaycanın Qax,Qax rayon İcra Hakimiyyəti: Rayon haqqında: Əhalisi ZaqatalaZaqatala Rayon Məhkəməsi: Zaqatala rayonu haqqında qısa məlumat və BalakənBalakən Rayon Məhkəməsi: Balakən rayonu haqqında qısa məlumat rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. Sayları 30 mindən çoxdur."Jurnalist Əhməd İsayev-Həyatda qalan izlər" kitabı. səh. 9Цахурский язык — Гарун Ибрагимов 1990. страница 3 Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan dilində danışırlar.Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi: Milli Azlıqlar: Azərbaycan Respublikasında mədəni müxtəliflik: Ümumi məlumat Dini baxımdan sünni müsəlmandırlar.

Hazırda 12 məktəbdə saxur dilində dərslər keçirilir. Həmin məktəblərdə ümumilikdə 105 sinif var və 2500-ə yaxın şagird təhsil alır. 250px|thumbnail|right|Azərbaycanın Qax rayonunun Qum kəndindən olan saxur uşaq Saxurların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Son onillikdə orta illik əhali artımı 1,5 % olmuşdur ki, bu da orta respublika səviyyəsindən azdır.

Saxurların ən məşhur nümayəndələri arasında fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professor Abdulla Qarayevi, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovu,Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovu,yazıçı-publisist Əhməd İsayevi,filologiya elm doktoru-professor-sovet türkoloqu Səlim Cəfərovu,Tarixçi Dağıstan Dövlət universitetinin professoru Harun İbrahimovu,tarixçi dosent Elvira Lətifova,Bonn Universiteti Şifahi tarix fənni üzrə doktor Rasim Mirzəyev,Azərbaycan Texniki Universitetinın rektor əvəzi Xalıq Yahudov,Sovet Sosialist Əməyi Qəhrəmanı Minə Nəzirovanı,cüdo üzrə Avropa və Dünya kuboku çempionu Oruc Vəlizadəni, əməkdar MMA döyüşçüsü Samir Abdullayevi, muay tay və kikboksinq üzrə məşhur idman ustası Renat Yusubovu və s digərlərini göstərmək olar.

Hazırda onların Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Məskunlaşma

Rusiya FR-da Dağıstan +Siyahıyaalmalara əsasən Dağıstanda Saxurların sayı İnzibati-ərazi vahidi Sayı, 2002 sa. cəmi8 168 Rutul rayonu4 971 Mahaçqala şəhər ə/d2 098 Qızılyar rayonu535 Xumtorqala rayonu123 digər441

Azərbaycan Respublikasında +Siyahıyaalmalara əsasən Azərbaycanda Saxurların sayı İnzibati-ərazi vahidi 1999 sa. 1999 sa. cəmi15 87712 289 Zaqatala rayonu13 11411 203 Qax rayonu2 6121 008 Balakən rayonu…34 Sumqayıt şəhər ə/d…8 Qusar rayonu5… digər14636 1967-cı ilin məlumatlarına görə saxurlar Dağıstanın 13 kəndində: Saxur, Gelmets, Kurdul (Lek), Mikik, Mişleş, Xiyax, Suqyut, Muslax, Attal, Korş, Cınıx, Baş-Kələl, Baş-Muxax; Azərbaycanın isə 16 kəndində yaşayırdılar: Muxax (7,2 min), Suvagil (Yeni Suvagil) (5,5–6 min), Qarqay, Kələl, Dağlı (keçmiş Əli Bayramlı kəndi) (3 min), Mamrux (2,1 min), Sabunçu (2 min), Qum (1,5–2 min), Gözbarax (2 min), Mişleş (Çinçar) (7–7,5 min), Çinarlı (1,2 min), Ləkit Kötüklü (1,2 min), Ağdam-Kələl, Qas, Armudlu ,Ələsgər, Ağyazı (Üzümlü) (1–1,5 min).Талибов Б. Б. Цахурский язык // Языки народов СССР: в 5-ти томах. Иберийско-кавказские языки. — М.: Наука, 1967. — Т. 4. — С. 591"Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh.23 Əsasda Şəkidə məskunlaşıblar.

Mətbəxi Saxur mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxalca hazırlanır. Bundan başqa, onların mətbəxində "xikeyi", "xingili" adlı yemək növləri də məşhurdur. Daha sonra "tələ", "qomba", "cint", "bircəh" də saxur mətbəxinə aiddir.Səlcuq, Xalq Cəbhəsi.- 2011.- 29 mart.- S.11. Azsaylı xalqlar-Saxurlar

Tarixi Saxurlara Qafqazın aborigen etnosudur. Saxurlar Qafqaz Albaniyasının 26 tayfasından biridir. Onlar Alban tayfalarından olan "çiqbi" tayfasına uyğun gəlir.ИЛИСУЙСКОЕ СУЛТАНСТВО (Ilisu Sultanlığı)-E.M.Lətifova Özlərini "yıxiy" adlandırırlar. "Yıxiy" sözünün etimaloji mənası "dağlı" deməkdir. Alban tayfalarının tərkibi barədə məlumat verən Strabondan başlayaraq müasir tədqiqatçılara kimi hamı bu fikirdədir. Hətta Qəmərşah Cavadovanın konkret misallar əsasında yazdığı kimi "saxurların Qafqazın qədim xalqlarından olmasını qədim gürcü və erməni mənbələri də təsdiq edir.""Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh. 12

Ulu tarixçi Strabon öz məşhur "Coğrafiya"-sında Alban ərazisindəki Qanıx çayı barədə bilgi verir və "xьan" adının saxur dilindəki su (çay) sözündən yarandığını söyləyir."Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh. 14 Strabonun məlumatına əsaslanan Q. Qeybullayev "Azərbaycanlıların etnogenizminə dair" adlı kitabında (Bakı 1991) belə bir qənaətə gəlir ki, "saxurların əcdadı Alazan (Qanıx) çayının, adı onların dilində olan qolunun (yəni Qanıxın) vadisində yaşayırdılar".

Tədqiqatçı Elvira Lətifova yazır ki, saxurların hər hansı dövrdə Qafqaz Albaniyasının şimal-qərb ərazisinə kütləvi köçü, yaxud basqını haqqında heç bir mənbə yoxdur."Saxurların gözü Suvagil"(Bakı 2008)-Əhməd İsayev. səh. 15 Bu da, saxurların həmin ərazilərdə daha öncədən yaşamasını göstərir.

İstinadlar

Xarici keçidlər Saxurlar haqqında film 2008 Shakasana

Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Cənubi Qafqazdakı yerli xalqlar Kateqoriya:Şimali Qafqazdakı yerli xalqlar