AzərbaycanlılarStephan Thernstrom, Ann Orlov, Oscar Handlin. Harvard Encyclopedia of American ethnic groups, Harvard University Press, 1981, p. 171 , quote: In their homeland the Azerbaijanis, or Azeri Turks as they are sometimes called… (), Azərbaycan türkləri (),Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule . Series: Hoover Institution Press Publication 410. Stanford, CA: Hoover Institution Press, Stanford University, 1992, 331 p. ISBN 0817991824 azəri türkləri və ya azərilər () — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı.

Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır.История Востока. В 6 т. Т. 2. Восток в средние века. М., "Восточная литература", 2002. ISBN 5-02-017711-3

Məskunlaşma

Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).

İranda azərbaycanlılar əsasən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarında çoxluq təşkil edirlər. Həmçinin, Kürdüstan ostanının şərq rayonlarında (Qürvə şəhəri yaxınlığındakı kəndlərdə),Kordestan в Британнике Həmədan ostanında və Qəzvin ostanının şimal rayonlarında yaşayırlar. Tehran, Kərəc və Məşhəd şəhərlərində də böyük azərbaycanlı icmaları var. İranda yaşayan azərbaycanlıların ümumi sayı, müxtəlif hesablamalara görə, 20–30 milyon nəfərdir.

Rusiyada azərbaycanlılar Dağıstanın cənubunda yaşayırlar. Dağıstanda yaşayan azərbaycanlıların ümumi sayı 2010-cu il siyahıyaalmasına görə 130,9 min nəfər olmuşdur. Dağıstanda azərbaycanlılar azsaylı yerli xalqlardan biri kimi rəsmən tanınmışlar. Hal-hazırda onlar Dağıstanın Dərbənd rayonunda çoxluq təşkil edirlər (58 %) və həm də kompakt şəkildə Tabasaran (18 %), Qızılyar (2,35 %) və Rutul (1,56 %) rayonlarında yaşayırlar. Azərbaycanlıların sovet dövründəki ölkədaxili miqrasiya prosesi, Azərbaycandan və keçmiş SSRİ-nin digər respublikalarından postsovet emiqrasiyası ona gətirib çıxarıb ki, bu gün azərbaycanlılar az, yaxud çox dərəcədə Rusiyanın əksər regionlarında məskunlaşıblar. Rusiyada yaşayan azərbaycanlıların ümumi sayı 2002-ci il siyahıyaalmasına görə 621 840 nəfər idi.

Gürcüstanda azərbaycanlılar əsasən, Kvemo Kartli mxaresində (225 min nəfər, 2002; yaxud 45%), başqa sözlə, ölkənin cənub-şərqi və mərkəzi rayonlarında: Marneulidə (98 min nəfər, 2002), Qardabanidə (50 min nəfər), Bolnisidə (49 min nəfər), Dmanisidə (19 min nəfər) yaşayırlar. Bu dörd rayonda onlar tamamilə, yaxud əhəmiyyətli dərəcədə çoxluq təşkil edirlər (müvafiq olaraq, 83 %, 44%, 66%, 67%). Bundan başqa onlar Kaxeti diyarının rayonlarında da yaşayırlar (40 min nəfər, 2002; yaxud 10%): Saqareco (18 min, yaxud 32%), Laqodexi (11 min, yaxud 22%), Telavi (8 min, yaxud 12%), həmçinin, Şida Kartli mxaresində (6 min, yaxud 1,8%) (o cümlədən Kaspi (4 min, yaxud 8%), Kareli (1 min, yaxud 2,3%) və s.), Msxeta-Mtianeti mxaresində (2 min, yaxud 1,8%), əsasən Msxetada. Azərbaycanlıların bir hissəsi isə Tbilisidə (11 min, yaxud 1%), Kvemo Kartli mxaresinin inzibati mərkəzində — Rustavi şəhərində (5 min, yaxud 4%) və digər yerlərdə yaşayırlar.Перепись населения Грузии 2002. Этносостав (на англ. яз.)

Qarabağ münaqişəsinin başlanmasına qədər, Ermənistanın əksər rayonlarında azərbaycanlı kəndləri vardı. Rusiya imperiyası əhalisinin 1897-ci il siyahıyaalınmasına əsasən, həmin vaxt İrəvan şəhərində 12 359 nəfər, yaxud şəhər əhalisinin 42,6%-i azərbaycan dilini (siyahıyaalmada: tatar dili) ana dili hesab etmişdi.Перепись населения Российской империи 1897 года. Население Еревана. O cümlədən, XIX əsrin sonu — XX əsrin əvvəllərində İrəvan şəhəri əhalisinin 49%-i azərbaycanlılardan ibarət olmuşdu. XIX əsrin sonunda İrəvan qəzasında 77 min nəfər azərbaycan dilini ana dili hesab edirdi. əsasən, həmin vaxt Ermənistanda 160 800 nəfər (bütün əhalinin 5,3%-i) azərbaycanlı yaşadığı halda,Всесоюзная перепись населения 1979 года. Национальный состав населения Армянской ССР Ermənistanda yaşayan azərbaycanlıların sayı cəmi 84 860 nəfər (bütün əhalinin 2,5%-i)Всесоюзная перепись населения 1989 года. Национальный состав населения Армянской ССР olmuşdur. Bu da ki Qarabağ münaqişəsinin başlanmasından sonra azərbaycanlıların kütləvi şəkildə Ermənistanı tərk etməyə məcbur edilmələri ilə əlaqədar idi. XXI əsrin əvvəllərində, Ermənistanın rəsmi məlumatlarında orada hələ 8 min nəfərə yaxın azərbaycanlının yaşadığı göstərilsə də, Tomas de Vaalın fikrincə, həqiqətdə, Ermənistanda cəmi bir neçə yüz nəfərdən çox azərbaycanlı yoxdur.Чёрный Сад . Томас де Ваал. гл. 5

Türkiyədə azərbaycanlılar, dədə-babadan, Ermənistan ilə sərhəd bölgələrdə — Qars, İğdır illərində, və Ərzurum ilinin Şənqaya ilçəsində yaşamaqdadırlar. Postsovet dövründə azərbaycanlıların Azərbaycandan emiqrasiyası nəticəsində isə Türkiyənin digər şəhərlərində də, hətta ABŞ-nin bir çox şəhərlərində də azərbaycanlılar məskunlaşıblar.

Türkmənistanda isə azərbaycanlılar kompakt şəkildə Türkmənbaşı və AşqabadР.Назаров. Национальные диаспоры в Туркменистане şəhərlərində yaşayırlar.

Etnogenez

Azərbaycanın hər iki hissəsinin aparıcı etnosu olan türk mənşəli Azərbaycan xalqının, qafqazdilli (ləzgilər, avarlar, saxurlar, udinlər, xınalıqlılar, qrızlılar, buduqlular, ceklilər, haputlular və s.) və İran dilli (talışlar, kürdlər və tatlar) azsaylı xalqların etnognezi problemi indiyədək Azərbaycanın tarixi etnoqrafiyasında xüsusi tədqiqat predmeti olmamışdır. Bəzi tarixçilərin bildirdiklərinə görə, türklər Azərbaycana XI əsrdə Səlcuqlarla birgə gəlmişdir. Lakin aparılan tədqiqatlara əsasən Səlcuqlardan da öncə Azərbaycan ərazisinə irimiqyaslı türk axınları olmuşdur. Bunlara misal olaraq bolqar, hun, buntürk və oğuzları göstərmək olar. Lakin dəqiq olan odur ki, XI–XII əsrlərə qədər bu ərazidə xeyli etnos yaşayırdı, bu dövrdən etibarən isə titul etnos kimi türklər öz mövqelərini daha da möhkəmləndirdilər və onların ətrafında Azərbaycan xalqının təşəkkülü prosesi başladı.

Bir çox mənbələrdə azərbaycanlılar türkdilli xalq kimi təsnif olunurlar, lakin bəzi mənbələr azərbaycanlıların əslinin "qeyri-aydın" olduğunu yazır, digərləri onları əsasən qafqazlı, yaxud İran xalqıRoy, Olivier (2007). The new Central Asia. I.B. Tauris. p. 6. . "The mass of the Oghuz who crossed the Amu Darya towards the west left the Iranian plateaux, which remained Persian, and established themselves more to the west, in Anatolia. Here they divided into Ottomans, who were Sunni and settled, and Turkmens, who were nomads and in part Shiite (or, rather, Alevi). The latter was to keep the name 'Turkmen' for a long time: from the 13th century onwards they 'Turkified' the Iranian populations of Azerbaijan (who spoke west Iranian languages such as Tat, which is still found in residual forms), thus creating a new identity based on Shiism and the use of Turkish. These are the people today known as Azeris." və ya Qafqaz albanları ilə türkdilli xalqların qarışığı kimi göstərir "The Albanians in the eastern plain leading down to the Caspian Sea mixed with the Turkish population and eventually became Muslims." "...while the eastern Transcaucasian countryside was home to a very large Turkic-speaking Muslim population. The Russians referred to them as Tartars, but we now consider them Azerbaijanis, a distinct people with their own language and culture.", ya da Qafqaz, İran və Türkdilli xalqların qarışığından ibarət olduğunu bildirir "If native Caucasian, Iranian, and Turkic populations – among others – dominated Azerbaijan from the fourth century CE onwards, the Turkic element would grow increasingly dominant in linguistic terms,5 while the Persian element retained strong cultural and religious influence." "Following the Seljuk great power period, the Turkic element in Azerbaijan was further strengthened by migrations during the Mongol onslaught of the thirteenth century and the subsequent domination by the Turkmen Qaraqoyunlu and Aq-qoyunlu dynasties.".

Eyni zamanda 1960-cı illərdə türk etnoslarının Azərbaycanda XI–XII əsirlərdən əvvəl yaşamaları barədə ilk tədqiqatlar aparılmağa başlandı. Yeni tədqiqat istiqamətləri meydana gəldi. 1970-ci illərdə erkən orta əsr qədim erməni qaynaqlarında türk mənşəli sözlərin, şəxs və yer adlarının ayırd edilməsi sahəsində mühüm iş görüldü. Sübut olundu ki, erkən orta əsrlərdə Azərbaycan ərazisində müxtəlif etnik ad altında türk etnosları yaşayırdı, oğuz dilləri əsasında Azərbaycan dili yetkinləşirdi və ünsiyyət vasitəsinə çevrildi. 1980-ci illərdə bu istiqamətdə tədqiqatlar davam etdirildi. Bu dövrdə yeni bir istiqamətdə araşdırmalar aparılmağa başlandı.Pro. Yusif Yusifov, Azərbaycan türklərinin təşəkkülü tarixi əsərinə ön söz.

E.ə VII əsrdən başlayaraq eramızın XII–XIII əsrlərinə qədər Y. B. Yusifova görə, Azərbaycan tərəfə türk etnoslarının üç böyük axını olmuşdur. Məsələn, Azərbaycan dilinin şimal dialektlərində dilçilər Xəzər dilinin izlərini tapırlar ki, bu da Böyük Rus Ensiklopediyasının Xəzər dili haqqında profil məqaləsində qeyd olunur.

Azərbaycanlıların mənşəyi haqqında nəzəriyyələr Azərbaycan tarixşünaslığında mənşəyimiz haqqında mövcud konsepsiyanın müddəaları qısaca aşağıdakı kimidir: Göstərilən səpkidə azərbaycanlıların bir xalq kimi yaranış problemi ilkin olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən irəli sürülmüşdür. 1919-cu ildə bu Cümhuriyyətin təmsil etdiyi millət haqqında tarixi arayış yazılmış və böyük dövlətlərin Paris konfransına verilmişdi. Bu arayışda deyilirdi:

Əvvəlcə Cənubi Azərbaycan ərazisində yaşamış ulu əcdadlarımız barədə. Cənubi A zərbaycan ərazisində və ona bitişik bölgələrdə er. əv. III minillikdən başlayaraq kuti, lulubi, subi, er. əv. II minillikdənkas (kaşşu) adlı tayfalar yaşayırdılar. Bu tayfaların etnik-dil mənsubiyyətləri məlum deyil. Avropa tədqiqatçıları (Q. Hüzinq, E. Hersveld, R. Girşman, A. Kammenhuber, C. Kameron və b.) hesab edirlər ki, Ön Asiyada bir qədim dil ailəsi olmuşdur. Bu dil ailəsini şərti olaraq ―Kaspi və ya ―Zaqro-Elam adlandırmaq olar.

Böyük Sovet Ensiklopediyasına görə azərbaycanlıların qədim Atropatena və Qafqaz Albaniyasının əhalisi ilə yanaşı, bura b.e.ə. I minillik və b.e.nın I minilliyində türkdilli tayfalar hunlar, bulqarlar, xəzərlər, oğuzlar, peçeneqlər və s.) iştirak etmişdir.

Britannika Ensiklopediyasına görə azərbaycanlılar digər bütün millətlər kimi qarışıq etnik mənşəyə malikdirlər – azərbaycanlıların etnogenezində iştirak etmiş ən qədim element isə Şərqi Cənubi Qafqazınyerli əhalisi və bir də ola bilsin İranın şimalında yaşamış midiyalılar olmuşdur. Lakin heç şübhəsiz ki, millətin formalaşmasında əsas amil və dominant etnos türklər olmuşdur.

Azərbaycan xalqının etnogenezi məsələsinə az-çox ümumi xarakteristika verənlər – , Anatoli Novoseltsev və , qeyd edirlər ki, azərbaycanlılar qarışıq mənşəli xalq olmaqla, etnogenezində regionun həm yerli aborigen əhalisi, həm də türk elementləri iştirak etmişdir.