"Maşın Şou"MAŞIN ŞOU . news.atv.az (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. M Group Production şirkətinin layihəsidir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları olub.

20 gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya M Group Production şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.

Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz. Əks halda oyunu tərk etməlidir.

İştirakçılar arasında keçirilən gizli səsverməyə əsasən hər gün bir nəfər yarışmadan getməlidir. Getməli olan iştirakçının oyunda qalıb-qalmaması canlı efirdə topladığı sms-lərdən asılı olur. Beləliklə, yetərincə səs toplamayan iştirakçı yarışmanı tərk edir. Qaldığı təqdirdə isə digər oyun yoldaşını şoudan uzaqlaşdıra bilər. Əks halda özü gedir. "Maşın" realiti şousunun ən məşhur ifadəsi də bu zaman səslənir: "Maşın əldən getdi!"

Oyunda sona qalan üç nəfər artıq finalda sayılır. Bu andan etibarən şouda final şərtləri qüvvəyə minir: finalçılar günün çox hissəsini maşından ayrılmadan, ayaqüstə, yuxusuz və digər fizioloji tələbatlarını ödəmədən keçirir. Bu məqamda yalnız mənəvi deyil, həm də fiziki cəhətdən güclü olan şəxs maşına sahib olur.

"Maşın" realiti şousunun buraxılışları

Maşın Şou 15 "Maşın" realiti-şousunun 15-ci "sürəti""Maşın-şou" başladı — Oyunu ilk tərk edən kim olacaq? — FOTOLAR . news.atv.az, 09.10.2017. "XANIMLAR VS CƏNABLAR" adlandırılmışdır"Maşın" realiti-şousunda — Möhtəşəm yeniliklər . news.atv.az, 03.10.2017. Şounun qalibi Talıb Tale olmuşdur.

İştirakçılar Bu yubiley buraxılışda iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünmüşdür; 9 kişi iştirakçı və 9 qadın iştirakçı.

Ən yaşlı iştirakçının 67, ən cavanının isə 30 yaşı var idi. Siyahıda yer alan 18 nəfərin içində müxtəlif peşə sahibləri – aktyorlar, teleaparıcılar, müğənnilər və reperlər, meyxanaçılar və jurnalistlər vardı. teleaparıcı Vüsalə Kərimova müğənni Nazim Pişyari aktrisa Tünzalə Əliyeva meyxanaçı Vüqar Əbdulov müğənni Xatun Əliyeva teleaparıcı İlqar Mikayıloğlu prodüser Ülviyyə Alovlu aktyor İlkin Miskərli teleaparıcı Zemfira Adıgözəlova müğənni Vüqar Muradov meyxanaçı Samirə Yusifqızı müğənni Rauf Əhmədov müğənni Günel Ələkbərova müğənni Talıb Tale teleaparıcı Vüsalə Əlizadə reper Elşad Xose aktrisa Mehriban Xanlarova aktyor Arif Quliyev.

İştirakçılar arasında ən təcrübəlisi Mehriban Xanlarova və Günel Ələkbərovadır. Bu onların artıq 3-cü iştirakları idi. Tünzalə Əliyeva, Nazim Pişyari, Vüqar Əbdulov və Elşad Xose isə ikinci dəfə iştirak edirdilər.

Yayımlanması Realiti-şouya 8 oktyabr 2017-ci ildə, saat 22:15 ATV telekanalında start verilmişdir"Maşın" realiti-şousunun iştirakçıları bəlli oldu — Kimlər var, kimlər yox… . news.atv.az, 07.10.2017.

Maşın Şou 16 "Maşın" realiti-şousunun 16-cı "sürəti". "XANIMLAR VS CƏNABLAR 2" adlandırılmışdır. İlk gün meyxanaçı Ələkbər Yasamal, ikinci gün aparıcı Günel Hümbətova, üçüncü gün aparıcı Azər Axşam, dördüncü gün aktyor Məcid Hüseynov, beşinci gün "Qurd" ləqəbli reper Fərid İmanov, altıncı gün aparıcı Firuzə Cəlilova və aparıcı Ilhamə Bədəlova, yeddinci gün aktyor Cavidan Novruz, səkkizinci gün aparıcı Mətanət Əliverdiya, doqquzuncu gün müğənni Əli Mirəliyev, onuncu gün müğənni Ruhəngiz Musəvi, şounu tərk etmişdir. On birinci gün müğənni Rahidə Baxışova, on ikinci gün müğənni Abbas Bağırov, on üçüncü gün aktrisa Pərvin Abıyeva və aparıcı Aytən Səfərova şounu tərk etmişdir. Finala isə 3 nəfər: Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu qalmışdır. Finalın 1-ci günü Uran şounu tərk etmişdir. İki günlük final mübarizəsi isə müğənni Roza Zərgərlinin qələbəsi ilə başa çatmışdır, amma Roza Zərgərli Maşın Şou tarixində ilk dəfə bir qalib kimi maşından imtina etmiş və şounun təşkilatçısı və aparıcısı Murad Dadaşovdan maşının hansısa xeyriyyə işinə sərf olunmasını xahiş etmişdir.

İştirakçılar Şouda maşın uğrunda mübarizə aparmış 9 tanınmış kişi və 9 tanınmış qadın"Maşın"da yarışacaq məşhurların adları məlum oldu — Siyahı+ Fotolar . qafqazinfo.az, 30.05.2018: aktyor Cavidan Novruz aparıcı Mətanət Əliverdiyeva meyxanaçı Ələkbər Yasamallı aparıcı Günel Hümbətova aparıcı Azər Axşam aparıcı Firuzə Cəlilova aktyor Məcid Hüseynov aparıcı Aytən Səfərova video-bloqqer Hüseyn Əzizoğlu aparıcı İlhamə Bədəlova reper "Uran" ləqəbli İbrahim İbrahimov müğənni Rahidə Baxışova müğənni Əli Mirəliyev müğənni Ruhəngiz Musəvi reper "Qurd" ləqəbli Fərid İmanov aktrisa Pərvin Abıyeva müğənni Abbas Bağırov müğənni Roza Zərgərli

Yayımlanması Realiti-şouya 29 may 2018-ci ildə, saat 22:15 ATV telekanalında start verilmişdir.

Maşın Şou 17 "Maşın" realiti-şousunun 17-ci "sürəti". "Hind Kinosu" adlandırılmışdır. Şounun qalibi Xəyalə Quliyeva olmuşdur.

İştirakçılar Ruhəngiz Allahverdiyeva Nazilə Səfərli Ramil Nabran Oqtay Kamil Mina Hüseyn Ranar Musayev Xose Bernardo Xəyalə Quliyeva Aysel Nazim Nərgiz Əliyeva Allahverdi Yolçuyev Sərxan Kərəmoğlu Aydan Axundzadə Səmra Rəhimli Samir Cavadzadə Dilarə Kazımova Taleh Yüzbəyov Mənsur Şərif

Yayımlanması Realiti-şou 2018-ci ilin dekabr ayında ATV telekanalında yayımlanmışdır.

"Maşın" realiti şousunun xronologiyası +AdıQalibKeçirilmə tarixiTelekanalMaşın 1: Birinci sürətMalik Eyvazovoktyabr 2005LiderMaşın 2: İkinci sürətGülya Əliyevadekabr 2005LiderMaşın 3: Üçüncü sürətAdil Qəhrəmanovmart 2006LiderMaşın 4: Ulduzlu gecələrRafael İsgəndərovmay 2006LiderMaşın 5: Payız əfsanəsiTuran İbrahimovoktyabr 2006LiderMaşın 6: KorridaÜlvi Cəfərovmart 2007LiderMaşın 7: 007Murad Arifmay 2007LiderMaşın 8: DəhşətKönül Kərimovayanvar-fevral 2008LiderMaşın 9: Qızıl həyəcanıƏlikram Bayramovsentyabr 2009LiderMaşın 10: TransformerSadığ Mustafayevmay 2010LiderMaşın 11: RevanşMüşfiq Şahverdiyevdekabr 2011LiderMaşın 12: MöhtəşəmDJ Çinadekabr 2013ATVMaşın 13: Daha bir nağılXatirə İslammay 2015ANSMaşın 14: Qarşıdurmaİslam Mehrəliyevmay-iyun 2017ATVMaşın 15: XANIMLAR VS CƏNABLARTalıb Taleoktyabr 2017ATVMaşın 16: XANIMLAR VS CƏNABLAR 2Roza Zərgərlimay-iyun 2018ATVMaşın 17: Hind KinosuXəyalə Quliyevadekabr 2018ATVMaşın 18: MaskaradSuna Kasımoğluoktyabr 2019ATV

İstinadlar

Xarici keçidlər Maşın Şounun bütün 16 buraxılışının qalibləri

Kateqoriya:2005-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan televiziya verilişləri