Ağalaruşağı — Azərbaycan Respublikasının Laçın rayonunun Oğuldərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun faktiki mövcud olan Ağalaruşağı kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Oğuldərə kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponimikası Kənd Ağalar kişinin nəslinin yaşadığı ərazi olduğu üçün Ağalaruşağı adlanır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə, rayon mərkəzindən 75 km. şimal-qərbdə yerləşir.

Əhalisi Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Əhalisi 113 nəfərdir.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Laçın rayonunun kəndləri