Salmonellyoz (lat. salmonellosis) daha çox qida zəhərlənməsi kimi tanınan Salmonella tipli bakteriyaların yaratdığı simptomatik infeksiya.

Salmonellyoz həm də qida yoluxucu xəstəlikdir və qida qəbulu ilə bədənə daxil olan agentlərin səbəb olduğu adətən yoluxucu və ya toksik təbiətli bir xəstəlik kimi müəyyən edilir.

Növləri Salmonellanın iki növü var: salmonella bongori və bir çox alt növə malik olan salmonella enterika. Bununla belə, bir növ daxilindəki alt qruplar xəstəliyə səbəb olmaq qabiliyyətinə görə əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bu onu göstərir ki, alt növlər səviyyəsində orqanizmlərin epidemioloji təsnifatı salmonella və oxşar patogenlərə qarşı mübarizəni yaxşılaşdıra bilər.

Simptomları İnsanlarda ən çox görülən simptomlar ishal, qızdırma, qarın ağrısı və qusmadır. Simptomlar adətən infeksiyadan 12–36 saat sonra başlayır və 2–7 gün davam edir. Zəifləmiş immun sistemi olan insanlarda xəstəliyin ağır formalarına daha çox rast gəlinir. Bəzi salmonella növləri qarın yatalağı və paratif xəstəliklərinə səbəb ola bilər. Həm vegetarianlar, həm də qeyri-vegetarianlar infeksiyaya yoluxmuş ətdən və süddən istifadə etməklə salmonellaya yoluxa bilərlər.

Enterit Bir neçə saatdan bir günə qədər qısa bir inkubasiya dövründən sonra bakteriyalar nazik bağırsaqda çoxalaraq bağırsaq iltihabına (enterit) səbəb olur. Salmonellyozlu insanların çoxunda infeksiyadan 12–72 saat sonra ishal, qızdırma, qusma və qarında spazmalar inkişaf edir. Əksər hallarda xəstəlik 4–7 gün davam edir və müalicə tələb etmir. Bəzi hallarda, ishal o qədər şiddətli ola bilər ki, xəstənin orqanizmi təhlükəli dərəcədə susuzlaşır və xəstəxanaya yerləşdirilməli olur. Xəstəxanada xəstə susuzlaşdırmanı müalicə etmək üçün venadaxili maye qəbul edə bilər və temperaturun azaldılması üçün dərmanlar verilə bilər. Ağır hallarda, salmonella infeksiyası bağırsaqlardan qana, sonra isə bədənin digər hissələrinə yayıla bilər və insana dərhal antibiotiklərlə müalicə edilmədikdə, ölümlə nəticələnə bilər.

Sağlam yetkin insanarda simptomlar yüngül ola bilər, onlarda adətən sepsis olmur. Bununla belə, risk altında olan insanlarda (körpələr, kiçik yaşlı uşaqlar və yaşlılar) salmonella infeksiyaları çox ağırlaşa bilər və bu, ağırlaşmalara səbəb ola bilər. Körpələrdə susuzlaşma ağır toksikoz vəziyyətinə səbəb ola bilər.

Yeganə əlaməti ishal olanlar adətən tamamilə sağalırlar, lakin onların bağırsaqları bir neçə ay ərzində normallaşa bilmir.

Qarın yatalağı Qarın yatalağı salmonella bakteriyaları limfa sisteminə daxil olduqda və salmonellyozun sistemli formasına səbəb olduqda baş verir. Endotoksinlər ilk növbədə damar və sinir aparatlarına təsir göstərir, bu da keçiriciliyin artmasına və damar tonusunun azalmasına, termorequlyasiyanın pozulmasına, qusma və ishala səbəb olur. Xəstəliyin ağır formalarında maye balansını, elektrolit balansını pozmaq, dövran edən qan həcmini və arterial təzyiqi azaltmaq, hipovolemik şok yaratmaq üçün kifayət qədər maye və elektrolit itirilir. Septik şok da inkişaf edə bilər. Qarışıq xarakterli şok (həm hipovolemik, həm də septik şok əlamətləri ilə) ağır salmonellyozda daha çox olur. Hipoksiya və toksemiya nəticəsində böyrəklərin tutulması baş verir və ağır hallarda oliquriya (sidik ifrazının pozulması) və azotemiya (böyrəklərdə glomerular filtrasiya dərəcəsi azalması) inkişaf edir.

Uzun müddətli Salmonellyoz sonradan qıcıqlı bağırsaq sindromu və iltihablı bağırsaq xəstəliyi ilə əlaqələndirilir, lakin sübutlar bunun sonuncunun birbaşa səbəbi olduğunu təsdiq etmir.

Salmonellyozdan əziyyət çəkən az sayda insanlarda reaktiv artrit əmələ gəlir, bu da aylar və ya illər davam edə bilər və xroniki artritə səbəb ola bilər.

Yoluxmuş insanlar asemptomatik daşıyıcı ola bilərlər, lakin bu, nisbətən nadir hallarda baş verir: bir ildən sonra virusun özünü göstərməsi yalnız 0,2–0,6% hallarda müşahidə olunur.

Diaqnostikası Salmonellyoz bütün dünyada diareyanın ən çox yayılmış səbəblərindən biridir. İnfeksiya adətən yoluxmuş ət, yumurta, su və ya süd qəbul etməklə yayılır. Bir sıra ev heyvanları, o cümlədən pişiklər, itlər və sürünənlər də infeksiyanın daşıyıcısı və yayıcısı ola bilərlər. Diaqnoz nəcis və qan analizləri götürüldükdən sonra qoyulur.

Səbəbləri thumb|upright=1.3|Salmonella bakteriyalarının fermadan necə yayıldığını göstərən infoqrafika Çox vaxt qeyri-adi görünüşü və ya qoxusu olmayan çirklənmiş qida Mətbəx gigiyenasının zəif olması, xüsusən də müəssisə mətbəxlərində və restoranlarda problemlidir, çünki bu, əhəmiyyətli bir epidemiyaya səbəb ola bilər. Xəstə və ya yoluxmuş, lakin klinik cəhətdən sağlam görünən insanların və heyvanların ifrazatları. Çirklənmiş su (məsələn, duş şlanqlarında və ya istifadə olunmamış su dispenserlərində). Qeyri-gigiyenik şəkildə əridilmiş quş əti (ərimiş suda çoxlu bakteriyalar var). Sürünənlər (ev tısbağaları, ilanlar, iquanalar, və su tısbağaları) ilə təmas. Qurbağakimi amfibiyalar.

Salmonella bakteriyaları bir müddət sahibsiz yaşaya bilər (çirklənmiş suda).

Təxminən 142000 amerikalı hər il toyuq yumurtalarından Salmonella Enteritidis-ə yoluxur və təxminən 30 nəfər ölür.

Yumurtanın qabığı və ya daxili (sarısı) ifrazat və ya ətraf mühit vasitəsilə salmonella ilə çirklənə bilər.

Müalicəsi Xəstəliyin yüngül halında adətən xüsusi müalicə tələb olunmur. Daha ağır hallarda venadaxili mayenin dəyişdirilməsi tələb oluna bilər. Yüksək risk altında olan və ya xəstəliyin bağırsaqdan kənarda yayıldığı şəxslərə antibiotiklər tövsiyə olunur.

İstinadlar

Xarici keçidlər

CDC website, Division of Bacterial and Mycotic Diseases, Disease Listing: Salmonellosis

Kateqoriya:Heyvan bakteriya xəstəlikləri Kateqoriya:Bakteriya xəstəlikləri Kateqoriya:Mal-qara xəstəlikləri Kateqoriya:Yoluxucu xəstəliklər Kateqoriya:Salmonellyoz Kateqoriya:Quş xəstəlikləri Kateqoriya:Zoonozlar