Yassin Benzia () — Əlcəzairli peşəkar futbolçu.

Əlcəzair milli komandasının keçmiş üzvu olan futbolçu, əvəllər Fransa milli komandasının aşağı yaş qruplarında (U21, U19, U18, U17, U16 və U15 milli komandaları) çıxış edib.

Karyerası

Klub

Lyon Yassin Benzia "Olimpik Lion" klubunun yetirməsidir. "Lion"un heyətində hücumçu 2012-ci il mayın 20-də Fransa çempionatında "Nitsa" ilə görüşün 87-ci dəqiqəsində Cimmi Briandı əvəzləyərək debüt edir. 4 oktyabr 2012-ci ildə Benzia ilk dəfə Avropa Liqasında çıxış etdi ("Hapoel"lə oyunda). Hücumçu ikinci hissədə Rəşid Ghezzalın əvəzinə meydana daxil olur. 22 noyabr 2012-ci ildə keçirilən turnirdəki növbəti oyununda Yassin Benzia "Lyon"un heyətində (Sparta Praqaya qarşı oyunda) ilk qolunu vurur.

Lill 2015-ci il sentyabrın 1-də "Lill" 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayır. Mətbuat sövdələşmənin 1 milyon avro olduğunu yazır. 28 yanvar 2017-ci ildə, bir ildən çox çəkən qol vurmaq suskunluğundan sonra, Benzia "Lion"a 2–1 hesabı ilə qalib gəldikləri oyunda "Lill"in hər iki qolunu vurur.

Fənərbaçxa 2018-ci il avqustun 31-də Benzya 2018/19 mövsümünün sonuna kimi, sonrada satınalma hüququ ilə Türkiyənin "Fənərbaxça" klubuna icarəyə verilir.

Olimpiakos 31 avqust 2019-cu ildə, 2019-cu ilin yay transfer pəncərəsinin son günü, Benzia icarə əsasında Yunanıstan təmsilçisi "Olimpiakos"a keçir.

Qarabağ 11 iyun 2025-ci ildə Benzianın "Qarabağ" ilə müddəti başa çatan müqaviləsi yenilənməyib və o, klubdan ayrılıb.

Karyera statistikası

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLyon2011–12Ligue 110————102012–13160——32102122013–14112201050—1922014–15102—1020—1322015–16————1010Toplam384202010220536Lille2015–16Ligue 12551031——2962016–17253101020—2932017–183111011——332Toplam819305220—9111Fenerbahçe2018–19Süper Lig13040———170Olympiakos2019–20Superleague Greece5010—30—90Dijon FCO2019–20Ligue 1301000——402020–21720000——722021–22Ligue 21541000——164Toplam2562000——276Karyerasında cəmi16215120721522019819

Uğurları

"Olimpik Lion" Fransa Superkubokunun qalibi: 2012

Fransa (U 19) Vitse Avropa Çempionu: 2013

Fərdi 19 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı: Turnirin rəmzi komandası 2013

İstinadlar

Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Əlcəzair futbolçuları Kateqoriya:Əlcəzair milli futbol komandasının oyunçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Lill FK futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Olimpiakos FK futbolçuları Kateqoriya:Hatayspor FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Əlcəzair futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Əlcəzairin kişi futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri