Omanın Bəhreyni işğalı (1717) — Bəhreyndəki 115 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoyan Oman müdaxiləsi nəzərdə tutulur. Əsrin əvvəllərindən başlayan əfqan və digər üsyanlar Səfəvi imperiyasının zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Oman dövləti Bəhreyndəki Səfəvi hakimiyyətini devirməyi və oraları öz hakimiyyəti altına almağı bacardı. Bu zaman Omanı Yaruba sülaləsi idarə etməkdə idi. Bu sülalədən olan II Sultan ibn Seyf Bəhreyni ələ keçirdi və əkbərilərin nümayəndəsini taxta çıxardı.
Tarixi Bəhreynli teoloq Şeyx Yusif əl-Bəhreyni hazırladığı şiə alimlərin bioqrafik lüğətində - Lu’lu’at al-Baḥrayn (Bəhreyn incisi) - işğalı öz nöqtey-nəzərindən belə izah edir:
Nəticə Sultan ibn Seyfin qüvvələrinin Bəhreyndən geri çəkilməsindən sonra orada hakimiyətini qoruya bilmədi, lakin Omanlıların getməsindən sonra da Bəhreyndə sabitlik yaranmadı. Səfəvi imperiyasının ziyasi zəifliyi ona gətirib çıxardı ki, tez bir zamanda Bəhreyn adaları Huvala tayfası tərəfindən işğal edildi. Bu işğalı əl-Bəhrəni dağıdılma kimi təsvir edir.. Demək olar ki, durmadan davam edən müxtəlif sünni dəniz qüvvələrinin, Omanlıların və Səfəvilərdən sonra Nadir şahla Kərim xan Zəndin müdaxilələri Bəhreynin getdikcə zəifləməsinə və geridə qalmasına səbəb oldu. Həmçiniin, omanlılar tərəfindən inci tacirlərinə və toplayıcılarını tətbiq edilən yüksək vergilər bu sahələrin də tənəzzül etməsinə yol açdı. Danimarkalı ərəbşünas Karsten Niebuhr 1763-cü ildə tapmıdı ki, bu siyasi və iqtisadi müharibələrə, münaqişələrə görə Bəhreyndə 360 ədəd olan yaşayış məntəqəsinin sayı 60-a qədər enmişdir.
1783-cü ildə Bəhreyn Əl-Xəlifə sülaləsindən olan bir sıra şeyxlər tərəfindən idarə edildi. Bu sülalənin nümayəndələri Bəhreyni bu gündə idarə etməyə davam edirlər.
Həmçinin bax Bəhreyn tarixi
İstinadlar
Mənbə
Kateqoriya:Səfəvi tarixi Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Bəhreyn tarixi Kateqoriya:1717-ci ildəki hadisələr