– Yaponiya siyasətçisi. Yaponiya donanmasının qurulmasında iştirak etmişdir. Yaponiya Qırmızı Aypara Cəmiyyətinin qurucusu kimi tanınır.

Həyatı 1822-ci ildə Yaponiyanın Saqa hanında doğulmuşdur. Hirose Mototaka, Oqata Koan, İto Qenboku və başqa şəxslərin nəzarəti altında Qərb elmlərini öyrənmişdir. Tokuqava şoqunluğu tərəfindən Naqasakidə keçirilən ilk donanma təlimi proqramında iştirak etmişdir. Qərb elmlərinin donanma üçün istifadə olunmasında və yaşadığı han üçün donanmanın qurulmasında aktiv iştirak etmişdir.

1867-ci ildə Avropa ölkələrinin hərbi sistemlərini tədqiq etmişdir. 1868-ci ildə Meyci islahatından sonra Yaponiya donanmasının qurulmasında iştirak etmişdir. 1877-ci ildə Satsuma üsyanında yaralanan əsgərlərə tibbi yardım göstərmək üçün adlı təşkilat qurmuşdur. Bu təşkilat 1887-ci ildə Yaponiya Qırmızı Aypara Cəmiyyətinə çevrilmiş, Sano ilk prezidenti olmuşdur.

Qenroin təşkilatında fəaliyyət göstərmiş, eləcə də, maliyyə naziri, gizli məsləhətçi, kənd təsərrüfatı və ticarət naziri kimi vəzifələri tutmuşdur.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Kazoku Kateqoriya:Yaponiya nazirləri Kateqoriya:Ranqaku Kateqoriya:Saqada doğulanlar