Hacı Məhərrəm Karvansarası — Şuşada tikilmiş ilk karvansara.Yunis Hüseynov, Şuşa salnaməsi, Bakı-2015. Şuşa nəşriyyatı, səh. 152

Tarixi On doqquzuncu əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilmiş və el arasında sahibinin adı ilə adlandırılmışdır. Həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar məhərrəm ayının on gününü burda imam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd karvansaranı bərpa etdirib birlikdə işlətmişlər.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Şuşa karvansaraları