Karo Semyonoviç Alabyan (, ; ) — erməni əsilli sovet memarı. O, Ümumittifaq Rusiya Proletar Memarlıq Cəmiyyətinin yaradıcısıdır.
Erkən illəri Karo Semyonoviç Alabyan 26 iyul 1897-ci il tarixində, Rusiya imperiyasının Yelizavetpol şəhərində (indiki Azərbaycanın Gəncə şəhəri) anadan olmuşdur. O, 1917-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Alabyan 1929-cu ildə Moskva Ali Bədii-Texniki İnstitutunu bitirmişdir. O, 1932–1950-ci illərdə Sovet Memarları İttifaqının məsul katibi, 1949–1953-cü illərdə SSRİ Memarlıq Akademiyasının vitse-prezidenti olmuşdur.
Fəaliyyəti Karo Alabyanın əsas işləri 1934–1940-cı illərdə Moskvada Sovet Ordusu teatrının binası, Moskvada 1939-cu və 1954-cü il Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Ermənistan SSR pavilyonun, 1945-ci ildə N. X. Polkakov və başqaları ilə Volqoqradın yenidən qurulmasının baş planı və s. O, 1939-cu ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən ümumdünya sərgisindəki SSRİ pavilyonunun yaradılmasında Boris İofan ilə iştirak etmişdir. Alabyan SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur.
Təltif və mükafatlar Karo Alabyan 2 orden, həmçinin medallarla təltif edilmişdir.
Əsərləri Алабян К. С. Задачи советской архитектуры. М.: 1937.
İstinadlar
Əlavə ədəbiyyat Карлик, Леонид Борисович К. Алабян. Ереван, 1966. Малинина Т. Г. Архитектор Каро Алабян. М.: Гос. науч.-исслед. музей архитектуры, 2008.
Kateqoriya:SSRİ memarları Kateqoriya:Erməni memarlar Kateqoriya:Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ akademikləri Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Ermənistan SSR-dən olan deputatları