Alazeya yaylası (; ) — Rusiyanın Saxa Respublikasında İndigirka, Kolıma, Alazeya, Ojogina çayları arasında yayla. Uzunluğu 300 kilometr, orta hündürlüyü 350 metrdir. Alazeya çayının dalğalı səthində mütləq hündürlük 400–954 metr olan yastı zirvəli tək-tək massivlər və silsilələr var. 450 metr hündürlüyə qədər seyrək qaraşam meşələri, yuxarılar isə sidr koluqları və tundradır. Bataqlıq çoxdur.

İstinadlar

Əlavə ədəbiyyat Алазейское плоскогорье в БСЭ

Kateqoriya:Rusiya yaylaları