Azərbaycanın görkəmli şəxsiyyətləri — M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi biblioqrafiyalara aiddir. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı‒biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir.
Tarixi Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Sərəncamı çərçivəsində ərsəyə gəlmişdir.
Biblioqrafiya Kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib. Onların arasında Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hacı Zeynalabdin Tağıyev, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Heydər Əliyev, Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Həzi Aslanov, Niyazi, Kərim Kərimov, Mehdi Hüseynzadə, Qara Qarayev, Lütfi Zadə, Fikrət Əmirov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Müslüm Maqomayev və başqaları var.
Kitabda həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanından və İkinci Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.
İstinadlar
Xarici keçidlər Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkan
Kateqoriya:Azərbaycan ədəbiyyatı Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Azərbaycanlılar