Pol-Anri Sandaoqo Damiba (; 2 yanvar 1981, Uaqaduqu) — Burkina-Fasoda 2022-ci il dövlət çevrilişi ilə 24 yanvar 2022-ci ildə Prezident Rok Mark Kristian Kaboreni devirərək Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edən burkina-fasolu hərbi zabiti. 30 sentyabr 2022-ci ildə İbrahim Traore tərəfindən devrilmişdir.

Həyatı Pol-Anri Sandoqo Damiba Parisdə hərbi məktəbi bitirib. Təhsil aldığı müddətdə o, Qvineyanın gələcək Prezidenti Mamadi Dumbuya ilə görüşdü, o da orada təhsil alırdı. O, Parisdəki Milli İncəsənət və Sənətkarlıq Konservatoriyasında kriminologiya üzrə magistr dərəcəsinə və idarəetmə, komandanlıq və strategiya üzrə müdafiə eksperti sertifikatına malikdir. 2010–2020-ci illərdə ABŞ-də təlim-məşq toplanışı keçirib.

Hərbi fəaliyyəti Damiba polkovnik-leytenantdır və Uaqaduqu, Manqa, Kuduqu və Fada-Nqurmanı əhatə edən üçüncü hərbi bölgənin komandiridir. O, Prezident Təhlükəsizlik Alayının keçmiş üzvü, Blez Kompaorenin keçmiş prezident mühafizəçisidir. Damiba 2011-ci ildə ordu qiyamından sonra PTA-nı tərk etdi. Burkina-Faso mediasında yayılan xəbərlərə görə, 2019-cu ildə Damiba 2015-ci ildə Burkina-Fasoda keçid hökumətini devirən çevrilişin arxasında duran sui-qəsdçilərin məhkəməsində ifadə verdi. Damiba Burkina-Fasoda cihadçıların üsyanı zamanı etdiyi hərəkətlərə görə populyarlıq qazanıb. O, keçmişdə Burkina-Faso hökumətini islamçı üsyançılara qarşı Rusiyanın Vaqner qrupundan muzdlu əsgərlər cəlb etməyə çağırmışdı. Rok Mark Kabore hökuməti bu təklifin Burkina-Fasonu Qərbdən uzaqlaşdıracağını əsas gətirərək qəti şəkildə əleyhinə çıxdı.

2021-ci ildə Damiba islamçılarla mübarizə haqqında kitab nəşr etdi: "Qərbi Afrika orduları və terrorizm: Qeyri-müəyyən cavablar?"

2022-ci il dövlət çevrilişi 2022-ci ilin yanvarında Burkina-Fasoda hərbi çevriliş baş verdi. Hərbi birliklər prezident iqamətgahını və digər hökumət binalarını ələ keçirdi. Prezident Rok Mark Kristian Kabore həbs edildi. Hərbi çevrilişin lideri polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba oldu. O, ölkənin yeni lideri elan edildi.

Həmçinin bax 2022-ci il Burkina-Faso dövlət çevrilişi

İstinadlar

Xarici keçidlər Gouvernement du Burkina Faso: Accueil Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Burkina-Faso prezidentləri