Erməni hipotezi — proto-hind-avropa xalqının birinci vətəninin "Şərqi Anadolu, Şimali Mesopotamiya və Qafqazın cənub hissələri" olduğunu və proto-Hind-Avropa dilinin (PHA) təxminən eramızdan əvvəl V-IV minillikdə bu regionlarda danışıldığını göstərən bir hipotez. Bu hipotez 1985-ci ildə gürcü Tamaz Qamkrelidze və rus filoloqu Vyaçeslav İvanov tərəfindən irəli sürülmüşdür. Termindəki "erməni" adı bir toponimə, yəni Ermənistan yaylasına aiddir.The first horse herders and the impact of early Bronze Age steppe expansions into Asia, 2018 , Science 29 Jun 2018, Vol. 360, Issue 6396, eaar7711, DOI: 10.1126/science.aar7711

Kurqan fərziyyəsi proto-hind-avropalıların mənşəyini və vətənlərini izah etmək üçün ümumi qəbul edilmiş fərziyyə olsa da, yeni DNT tədqiqatları bu xalqların mənşəyini Qafqaz regionuna bağlayan fərziyyələrə marağı artırmışdır. Fərziyyəyə görə, proto-Anadolu dilləri eramızdan əvvəl 4000-ci ildə PHA-nı tərk edərək Anadoluya köç etmiş və sonrakı mərhələlərdə yunan-erməni-hind-iranlılar, kelt-italik-toharlar və balt-slav-germanlar adlı üç fərqli Hind-Avropa dillərinin Avrasiyada yayılmasına şərait yaratmışdırlar.

İstinadlar

Əlavə ədəbiyyat

Martiros Kavoukjian, Armenia, Subartu, and Sumer : the Indo-European homeland and ancient Mesopotamia, trans. N. Ouzounian, Montreal (1987),

Xarici keçidlər

Very rough map of Indo-European migrations according to the hypothesis Indo-European family tree, showing Indo-European languages and sub branches

Kateqoriya:Müqayisəli-tarixi dilçilik Kateqoriya:Etnik qrupların mənşə hipotezləri Kateqoriya:Hind-Avropalılar