Slec adası () — Berinq dənizində yerləşən ada. Sevard yarımadasının cənub-qərb sahilindən 8,5 km məsafədə, Alyaska sahillərində yerləşir. Adanın uzunluğu təxminən 2,8 km, eni isə 1,5 km-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 11 m yüksəklikdədir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatı Nom siyahıyaalma sahəsinə aiddir.

Ada öz adını 5 avqust 1778-ci ildə ingilis səyyahı Ceyms Kukdan almışdırJames Cook. The Voyages of Captain James Cook. — William Smith, 1842. — S. 329.. Adanın inuitcə adı “Ayaaq”-dır. Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları