Kanta İbrahimov () — Rus, çeçen yazıçısı və ictimai xadimi, Çeçenistan Respublikasının xalq yazıçısı, Ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor.

Bioqrafiya Alim, kimya elmləri doktoru Həmzət İsmayıloviç İbrahimovun ailəsində anadan olmuşdur. 1982-ci ildən Çeçen-İnquş Dövlət Universitetinin İqtisadiyyat Fakültəsini bitirdikdən sonra Şali rayonundakı Calka sovxozunda iqtisadçı işləmişdir. 1987-ci ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək "Sevkavneftegaz" (Qroznı) Çeçen-İnquş Elmi-İstehsalat Birliyinin direktor müavini təyin edilmişdir. 1991-ci ildə Çeçen-İnquş Respublikası Nazirlər Sovetinin birinci kateqoriyalı mütəxəssisi, 1992–1994-cü illərdə "Alam" tədqiqat ekoloji mərkəzinin direktor müavini (Qroznı) işləmişdir.

Çeçenistan Respublikasında qarşıdurmanın artmasından sonra Moskvaya köçür, 1995-ci ildə K. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktoranturasına daxil olur. 1996-cı ildə "Bazar şəraitində meyvənin inkişafının təşkilati və iqtisadi problemləri və səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl müdafiə etmişdir. 1999-cu ildə Rusiya Federasiyası Vergilər İdarəsinin şöbə müdirinin müavini təyin edilir. 2004-cü ildən Çeçenistan Respublikası Elmlər Akademiyasının akademikidir.

Yaradıcılığı Bədii ədəbiyyatda yazmağa yalnız 38 yaşında başlayır. İlk bədii əsəri "Keçmiş müharibələr" adlı kitabı 1999-cu ildə nəşr olunur.

2002-ci ildən Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildən Çeçenistan Respublikası Yazıçılar Birliyinin rəhbəridir.

2010-cu ildə İsveç Elmlər Akademiyasında Nobel Komitəsi tərəfindən ilk dəfə 2005-ci ildə nəşr olunan Uşaq Dünyası romanı üçün Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olurЕмельянова С. Чеченский писатель Канта Ибрагимов объявлен номинантом Нобелевской премии в области литературы в 2010 году // Российская газета.

2012-ci ildə Ədəbiyyat üzrə yenidən Nobel Mükafatına Avrora romanına görə yenidən namizəd olur.

İctimai birliklərdə iştirakı Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki;

Rusiya Yazıçılar Birliyinin üzvü;

Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri.

Ailəsi İki qardaş, üç bacıdan ibarət olan ailədirlər.

Bacısı Paskaçeva Bayza — kimya elmləri namizədi.

Qardaşı İbrahimov Küri — Kənd Təsərrüfatı Elmləri Doktoru (1995), 3 elmi əsərin və 3 monoqrafiyanın müəllifi, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki, Rusiya Ekologiya Akademiyasının akademikiАлиева Зарета. Учёные Чечни. — Грозный: ИКАР, 2003. — С. 64–65. — 176 с. — ISBN 5-7974-0075-8..

İstinadlar

Mənbə Сайт Ибрагимова

Чеченский писатель номинирован на Нобелевскую премию Kateqoriya:XX əsr Rusiya yazıçıları