Qurdlar Vadisi: Terror () — terror mövzusunda çəkilmiş Türkiyə teleserialı. Serialın ilk seriyası 8 fevral 2007-ci ildə "Show TV"də yayımlandıqdan sonra yayımı ləğv edilmişdir.'Kurtlar Vadisi Terör' yayından kaldırıldı

"Qurdlar Vadisi" adlı ilk serialda Türkiyədəki mafiya fəaliyyətləri və dövlət içində dövlət mövzuları işlənmişdir.

Serialın birinci seriyası yayımlandıqdan sonra 22.40 reytinqi ilə birinci yeri tutmuşdur.

Serial ilk seriyadan sonra, növbəti seriyası yayımlanmadan qabaq tənqidlər və yayımlanmaması yönündə etirazlar aldığı iddia edilərək RTÜK tərəfindən ləğv edilmişdir. İkinci seriya 18 oktyabr 2007-ci ildə, serialın ləğv edilməsindən 8 ay sonra yayımlanmışdır.

Ləğv edilməsi "Qurdlar Vadisi Terror" serialının efirə çıxmazdan əvvəl etiraz aldığı ilk seriyasından sonra ləğv edilməsi gündəmə gəlmişdir. Mətbuatda yayımçının 18 oktyabr 2007-ci ildə RTÜK tərəfindən iclasa dəvət edildiyi bildirilmişdir. Bildirilənlərə görə, RTÜK-ə daxil olan müraciətlərin 13,953-ü serialın yayımlanmaması, 2,609-u isə yayımlanması yönündə olmuşdur.

Qəzetlərin internet saytlarında da bu mövzuda sorğular təşkil edilmişdir. Serialın istehsal şirkəti "Pana Film" serialın ikinci seriyasının normal yayım vaxtı olan 15 fevral 2007-ci il saat 21:45-də Show TV-də yayımladığı açıqlamada serialı televiziya olmazsa kinoteatr, rəqamsal platformalar və ya internetdə yayımlayacaqlarını bildirmişdir.

Serialın yayımdan ləğvinin arxasında o vaxtlar aktual olan sülh prosesi dayanırdı. Hökumətin danışıq apardığı və razılığa gəlməyə bu qədər yaxın olduğu bir vaxtda cəmiyyətə və düşüncələrinə təsir edəcək bir serialın yayımlanması uyğun görülməmişdir.

Personajlar Aktyor Obraz Oynadığı seriyalar Necati Şaşmaz Polad Aləmdar 1–2 Gürkan Uygun Memati Baş 1–2 Sönməz Atasoy Halil İbrahim Kapar 1–2 Kənan Çoban Abdulhey Çoban 1–2 Ərhan Ufak Güllü Erhan 1–2 Emin Olcay Ömər Candan 1–2 Serpil Tamur Nazifə Candan 1–2 Erdem Erguney Dəli Hikmət 1–2 Kerem Fırtına Eren Eylül 1–2 Kamal Topal Sero 1–2 Şefika Tolun Şefika Akyıldız 1–2 Volkan Özgömeç Zərdüşt 1–2 Əli Çakalgöz Muzo 1–2 Tanər Turan Cemo 1–2 Günəş Həyat Zeli 1–2 Cüneyt Mete Muro 1–2 Caner Çandarlı Ferhat 1–2 Fatih Kaçan Həsən Pürmuz 1–2 Nevzat Yakışırboy Nevzat Yakışırbey 1–2 Tarkan Tüzmen Alper Özgenç 1–2 Eda Özdəmir Səhər Akyıldız 1–2 Barış Serma Arif Akyıldız 1–2 Berat Yenilməz Komandir 1–2Saltuk Kaplangı1–2

Yayım təqvimi Mövsüm Yayım günü və saatı Mövsüm başlanğıcı Final Çəkilən seriya sayı Seriya aralığı Televiziya mövsümü Televiziya kanalı 1. mövsüm cümə axşamı, 20:00 8 fevral 2007 18 oktyabr 2007 2 1–2 2007 Show TV

İstinadlar

Xarici keçidlər

Qurdlar Vadisi Terror — IMDb səhifəsi

Kateqoriya:Qurdlar Vadisi teleserialları Kateqoriya:İstanbulda çəkilən seriallar Kateqoriya:2007-ci ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2007-ci ildə tamamlanmış Türkiyə teleserialları Kateqoriya:Siyasi teleseriallar