– 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu."No.1 gyaru-mama magazine 'I Love Mama' and Ajinomoto KK research about lifestyles of 'gyaru-mamas'!" , 8 April 2010, PR Times
Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı."Mama-san Diary Episode 33 'Moyamoya Childcare Magazine Cruise' : 'I Love Mama'" date unknown, Hidemi Horikoshi Gentosha
"I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir."'Mama Gohan' event of factory tour & family cooking" , date unknown, All About
2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur."'I Love Mama' × Ajinomoto KK cellphone website 'Mama Gohan' opens on April 26!!" , 26 April 2010, Asahi Shimbun, PR Times
Tarixi "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu."Inforest of 'Koakuma Ageha' and 'Nuts' launches a monthly magazine 'for mamas'!" (2/3) , 24 February 2009, Nikkei BP "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu."Agejo, gyaru, significantly growing women's magazine of a moderate-sized publisher" 2 October 2008, The All Japan Magazine and Book Publisher's and Editor's Association Jurnal yarandıqdan sonra Yaponiyada çox böyük populyarlıq əldə etmişdir. İlk üç gündə 150 min nüsxəsi, daha sonra isə əlavə 30 min nüsxəsi satılmışdır. 2009-cu ilin aprelində jurnalın adı "I Love Mama" olmuş və aylıq nəşr olunmağa başlamışdır."I Love Mama" Model Press 2009-cu ilin oktyabrında tirajı 200 minə çatmışdır."Magazine gives moms fashion tips", 1 October 2009, The Japan Times
Inforest nəşriyyatının fəaliyyətinin başa çatmasından sonra "I Love Mama" jurnalı 2014-cü ildə nəşr olunmağı dayandırmışdır.
Modellər "I Love Mama" jurnalının modellərinin əsas fərqləndirici xüsusiyyəti uşaqları ilə birlikdə pozalar vermələri idi. Jurnalda görünən uşaqlar "çibiko" adlandırılırdı.
Ekslüsiv modellər "Love-mo", bəzən görünən modellər isə "Love-mama" adlandırılırdı.Official "Love-mo" : Ako Hina, Çika Kiquçi, Satomi Daykuhara, Hanako Noda, Yukari Şiray, Saori Nakamoto, Çika Aray, Kyo Son , Ayaka Şirato "Love-mama" : Maho Oşiro, Ayane Kubo, Saki Kavabata, Yukari Nakatsu, Akari Suzuki, Ay Hotta, Mariko Mizuno, Naho Mişima, Hiromi Sayama
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Nəşri dayanan Yaponiya jurnalları Kateqoriya:Yaponiya dəb jurnalları Kateqoriya:Qyaru Kateqoriya:2008-ci ildə yarananlar Kateqoriya:Yaponiya aylıq jurnalları Kateqoriya:Yapon dilində jurnallar