– Yaponiyanın Inforest nəşriyyatı tərəfindən nəşr olunmuş qyaru dəbi jurnalı. 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulmuşdu. Jurnal, xüsusilə, one-qyaru stilinə və tünd dəri rəngi trendinə həsr olunmuşdu."Happie Nuts" , Women's Fashion Magazine Guide 2004-2016-cı illərdə Tokioda nəşr olunmuşdur.
Tarixi "Happie Nuts" jurnalının ilk sayı 2004-cü ilin noyabrında nəşr olunmuşdur"Happie Nuts" , Model Press və əslində yeniyetmə qızlar üçün nəzərdə tutulmuş "Happie" dəb jurnalının davamçısı idi."Report About Segment Change Due To Clarification Of Business Concept" , 28 May 2007, Sevenseas Holdings (the parent company of Inforest) Jurnalın 2005-ci ilin oktyabrında "Koakuma & Nuts" adlı xüsusi buraxılışı nəşr olunmuşdur. Bu buraxılış böyük maraq cəlb etmiş və "Koakuma Ageha" jurnalına çevrilərək Yaponiyada populyar olmuşdur."Interview with the chief editor of 'Koakuma Ageha', there are only two things in the world : 'kawaii' or 'not kawaii'", 14 July 2009, Gigazine
2014-cü ildə jurnalın nəşri dayansa da, 2015-ci ilin iyulunda yeni sayları çıxmağa başlamışdır. 2016-cı ilin martında son buraxılışı işıq üzü görmüşdür.
Modellər Jurnalın ekslüsiv modelləri "Nuts yoldaşı" adlandırılırdı. Ena Matsumoto, Sayoko Ozaki, Akane Satomi, Sayaka Taniquçi, Miyu İşima, Saki Nanba, Eriko Taçiya, Şizuka Takeda, Hiromi, Akane Suda və Nikol Abe kimi şəxslər jurnalın ekslüsiv modelləri olmuşdular.
İstinadlar
Xarici keçidlər (arxivləşdirilib)
Kateqoriya:2004-cü ildə Yaponiyada yarananlar Kateqoriya:Nəşri dayanan Yaponiya jurnalları Kateqoriya:Yaponiya dəb jurnalları Kateqoriya:Yaponiya aylıq jurnalları Kateqoriya:Qyaru Kateqoriya:Tokio kütləvi informasiya vasitələri Kateqoriya:Yapon dilində jurnallar