Katerina Sakellaropulu (; ) 13 mart 2020 — 13 mart 2025 ci ildən etibarən Yunanıstan Prezidenti vəzifəsində çalışan yunan siyasətçi.

Həyatı Sakellaropulu Salonikidə anadan olub. Ailəsi Ksanti prefekturasının Stavrupoli şəhərindəndir. Afina Universitetində hüquq təhsili aldı və Panteon-Assas Universitetində ictimai hüquq üzrə aspiranturasını bitirdi. 1980-ci illərin ortalarında Dövlət Şurasına üzv qəbul edildi və 2000-ci ildə müşavir vəzifəsinə yüksəldi.

2015-ci ilin oktyabrında Dövlət Şurasının Vitse-prezidenti təyin edildi və 2018-ci ilin oktyabrında yekdil səsvermənin ardından məhkəmənin ilk qadın Prezidenti oldu. Onun seçilməsi o dövrdə iqtidarda olan Radikal Sol Koalisiyanın ətraf mühit və insan hüquqları kimi məsələlərdə mütərəqqi rekordunu nəzərdən keçirməsindən sonra baş verdi.

Dövlət Şurası Ədliyyə İşçiləri Assosiasiyasının üzvüdür. Birlikdə işlədiyi müddətdə, Baş katib, Vitse-prezident və Prezident vəzifələrində çalışdı.

Mütəmadi olaraq akademik jurnallar dərc edir. "Mühakimə Hüququna dair Maliyyə Böhranı və Ətraf Mühitin Mühafizəsi" kitabına da töhfə vermişdir.

Sakellaropulu vəkil Pavlos Kotsonis ilə birlikdə yaşayır. Öncəki evlilikdən bir övladı var.

"Aris Saloniki" azarkeşidir.

Prezident fəaliyyəti 15 yanvar 2020-ci ildə Yunanıstan Baş naziri Kiriakos Mitsotakis onun Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə namizədliyini irəli sürdü və 22 yanvar 2020-ci ildə 261 millət vəkilinin 300 yerlik Parlamentdə lehinə səs verməsi ilə seçildi.

Nişanları Milli nişanları 70px "Qurtarıcı" ordeni (13 mart 2020) 70px "Şərəf" ordeni 70px "Zümrüd quşu" ordeni 70px "Xeyirxahlıq" ordeni

Xarici nişanları 70px "III Makarios" ordeni (21 sentyabr 2020) 70px "İtaliya qarşısında xidmətlərə görə" ordeni (6 oktyabr 2020) 70px "Nil" ordeni (11 noyabr 2020) 70px "Fövqəladə xidmətlərə görə" ordeni (2021)

İstinadlar

Kateqoriya:Qadın prezidentlər Kateqoriya:Yunanıstan prezidentləri