– Yaponiya dəb dizayneri. "Comme des Garçons" və "Dover Street Market" brendlərinin qurucusudur. Görkəmli dizayn töhfələrinə görə Nyu-Yorkda yerləşən Metropoliten muzeyində onun dizaynlarına həsr olunmuş sərgi baş tutmuşdur.

İlk illəri Rey Kavakubo 11 oktyabr 1942-ci ildə Tokioda doğulmuşdur. Ailənin ən böyük övladı və yeganə qız övladı idi. Atası Keyo Universitetində administrator işləyirdi. Buna görə də Kavakubo 1960-cı ildə Keyo Universitetində təsviri incəsənət və ədəbiyyat təhsili almağa başlamışdır.

1964-cü ildə məzun olduqdan sonra "Asahi Kasei" parça şirkətinin reklam departamentində işləməyə başlamış, 1967-ci ildə frilans stilist olmuşdur. 1969-cu ildə "Comme des Garçons" leyblı altında öz paltarlarını dizayn etməyə başlamışdır.

Karyerası 1969-cu ildə Tokioda "Comme des Garçons" adlı şirkətini qurmuşdur. 1975-ci ildə isə ilk butiki açılmışdır.Klensch, E. (1 August 1987). Fashion: Another world of style: Rei kawakubo. Vogue,177, 306-306, 307, 308, 309, 377. 1982-ci ildə Parisdə ilk butikini açmışdır.Bodine, S., & Idzelis, D. (2002). Kawakubo, Rei. In T. Benbow-Pfalzgraf (Ed.), Contemporary Fashion (2nd ed., pp. 365-368). Detroit: St. James Press. 1980-ci illərdə libasları adətən qara, boz, ağ rənglərdə idi. Qara rəngdən çox istifadə etdiyi üçün Yaponiya mediası Kavakubo və onun davamçılarını "Qarğalar" adlandırmağa başlamışdır. 1980-ci illərdin sonundan etibarən libaslarında istifadə etdiyi rənglərin çeşidi artmışdır.

1990-cı illərin əvvəlində "Six" adlı jurnalını qurmuşdur. 1996-cı ildə "Visionaire" nəşrinin qonaq redaktoru olmuşdur. 2002-ci ilə kimi məhsullarını reklam etmək üçün LGBT istinadlarından istifadə etməyə davam etmişdir. Kavakubo Helmut Lanq, Ann Demelmeyster, Martan Marjela kimi dizaynerlərə ilham vermişdir.

2004-cü ildə "Dover Street Market" brendini qurmuşdur. Bu brendin bir çox şəhərdə filialları açılmışdır. 2017-ci ildə Nyu-Yorkda yerləşən Metropoliten muzeyi Kavakuboya həsr olunmuş sərgi keçirmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya modelyerləri