Alyona Alyona təxəllüsü ilə çıxış edən Alyona Oleqovna Savranenko (; ) — Ukrayna hip-hop və rep ifaçısı.

Həyatı left|thumb|212x212px|Alyona Alyona Almaniyada 2019 "Haldern" Pop Festivalda Alyona Savranenko 14 iyun 1991-ci ildə Kirovoqrad vilayətinin Kapitanovka şəhərində anadan olub.

İki ali təhsili var. Qriqori Skovoroda adına Pereyaslav-Xmelnitski Dövlət Pedaqoji Universitetini bitirmişdir.

Barışevka şəhərində yerləşən Teremok uşaq bağçasında müəllim işləmişdir. Həmçinin, Kiyev yaxınlığındakı Dernovka kəndində uşaq bağçasının müdiri vəzifəsində çalışıb. Uşaq bağçasında 4 il çalışdı.

Rep mətnlərini uşaq yaşlarından yazmağa başlamışdır, ancaq geniş kütləyə yaradıcılığını 27 yaşında "YouTube" videohostingində paylaşımlar edəndən sonra təqdim etdi. 2018-ci ilin oktyabr ayında "Ribki" () ilk videoklipi çıxdı, 12 noyabrda isə "Qolovi" () mahnısına çəkdiyi ikinci videoklipi yayımlandı., hansı ki bir ay ərzində 1.000.000 baxış yığa bilmişdir.

30 noyabr 2018-ci ildə Alyona Alyona "Vidçinyay" () mahnısına klipi paylaşdı.

Dekabr ayında "Zalişayu sviy dim" () mahnısına klipini təqdim etdi.

"Vid Krut do Brüsselya" () forumu ilə qalmaqalın fonunda Alyona "Obitsyanki" () adlı başqa mahnısına klipi çıxardı.

8 aprel 2019-cu ildə ifaçının "Puşka" () adlı ilk albomu və həmçinin baş trekinin klipi yayıldı.

2020-ci ildə "Ulduzlarla rəqs" şousunun iştirakçısı olur.

15 yanvar 2021-ci il tarixində "Music Moves Europe Talent Awards" mükafatının tamaşaçıların rəğbəti prizinin qalibi oldu.

Yaradıcılığının qiymətləndirilməsi 15 noyabr 2018-ci il tarixində məşhur ukraynalı müğənni İvan Dorn "Dojd" () TV kanalına verdiyi bir müsahibədə bildirmişdir ki, onun fikrincə Alyona Alyona Ukraynanın 5 ən maraqlı yeni ukrayn sənətçiləri sırasındadır.

2 dekabr 2018-ci ildə "Meduza" adlı rusdilli internet nəşri "Vidçinyay" () mahnısına çəkilən klipi həftənin ən yaxşı mahnıları və klipləri siyahısına daxil edərək, qeyd etdi ki, Alyona "repi əksər rus (və ya ukraynalı) emsilərdən daha yaxşı oxuyur. Əlbəttə ki, mənzərənin, ifaçının xarizmasının, özünü istehza etməsinin və əyalət postsovet xarabalığının doğma görüntülərinin də burada öz əhəmiyyəti var, amma bunların hamısı yenə də ilk növbədə əlavədir: Savranenkonun qiraəti və ukrayn dilinin idarə etmə qabiliyyəti elə bir səviyyədədir ki, heç baxmayıb ancaq dinləmək olar".

Ayrıca, "Vidçinyay" mahnısı Azadlıq Radiosunun Ukrayna idarəsinin tərtib etdiyi noyabr ayının ən yaxşı 10 ukrayn treki siyahısına əlavə edilmişdir.

18 dekabrda Alyona Alyonanın "Ribki" mahnısına görə "Ən yaxşı hip-hop hit" kateqoriyasında YUNA-2019 Ukrayna musiqi mükafatına namizəd olduğu elan oldu.

Diskoqrafiya

Albomlar 2019 — "Puşka" (Пушка) 2021 — GALAS

EP

2019 — В хаті МА

Sinqllar 2018 — "Qolovi" "Голови" 2018 — "Vidçinyay" "Відчиняй" 2018 — "Zalişayu sviy dim" "Залишаю свій дім" 2019 — "Bulinq" "Булінг" 2019 — "Zavtra" "Завтра" 2019 — "Mamin sup" "Мамин суп" 2019 — "Zabiray" "Забирай"

Əməkdaşlığı 2019: "Qori" ("Гори") Kaluş ilə 2020: "Zhali" ("Жалі") Camala ilə 2020: "Dancer" Vladimir Koşmar ilə

Mükafatları İlMükafatKateqoriyaNəticə2018"YUNA-2019" Ukrayna Milli Musiqi Mükafatı 20192019 ANCHOR Award 2019Ən perspektivli gənc istedadQələbə

İstinadlar

Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Ukraynanın "Avroviziya" təmsilçiləri