Asif Əhməd oğlu Şirinov () — Azərbaycan aktyoru, quruluşçu rejissor və baş rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Həyatı Asif Şirinov 1959-cu il avqustun 31-i Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.
Fəaliyyəti 1977–1979-cu illərdə M. K. Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri olmuşdur. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A. Səfərli "Fantan ərə gedir"də Misir, S. S. Axundov "Eşq və intiqam"da Cəbi, R. Səməndər "Gəlməyin, görməyin, gülməyin"də Məhəmmədəli, C. Məmmədov "Günəş zindanda", Şeyx Hidayət "Məhəbbət yaşayır hələ"də Kərəməli, Anar "Təhminə və Zaur"da Murtuz, C. Cabbarlı "Almaz"da Mirzə Səməndər, "Aydın"da Mirzə Cavad, Ə. Haqverdiyev "Dağılan tifaq"da Həmzə, M. Qacar "Qabanın səfəri"ndə Porsuq, S. Səxavət "Qapıların o üzündə qalan dünya"da Gülalı, H. Mirələmov "Vicdanın hökmü"ndə Rəhman, S. S. Axundov "Tamahkar"da Əliqulu, S. Axundov "Bəndalı bəndə düşüb"də Qurban, N. Vəzirov "Daldan atılan daş topuğa dəyər"də Dəli Yaşar, Ş. Tofiqqızı "Taleyin bir üzü"ndə Baba, R. Əlizadə "Dünyanın axırı"da polis və s. obrazlarını yaratmışdır.
2007-ci ildən isə Füzuli Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərir. O, A. Səfərli "Qarabağım qan ağlar", N. B. Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük", "Daldan atılan daş topuğa dəyər", S. Axundov "Bəndalı bəndə düşüb", S. S. Axundov "Tamahkar", "Şahsənəm və Gülpəri", H. Mirələmov "Vicdanın hökmü", İ. Əfəndiyev "Unuda bilmirəm", C. Məmmədquluzadə "Kamança", T. Məmmədov "Ana abidəsi", S. Rüstəm "Çimnaz xanım yuxuda", M. S. Ordubadi "5 manatlıq gəlin", N. Vəzirov "Adı var, dadı yox", İ. Məlikzadə "Subaylarınızdan görəsiniz", H. Mirələmov "Xəcalət", M. F. Axundzadə "Hacı Qara", Ə. Əmirli "Varlı Qadın" və s. tamaşalarının qurluşçu rejissorudur.
2019-cu il noyabrın 5-i Asif Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Yubiley tədbirində giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Asif Şirinovun Mədəniyyət Nazirliyi tərəfindən təltif edildiyini vurğulayıb. Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının, Füzuli rayon İcra Hakimiyyətinin, "N" saylı hərbi hissə, Sərhəd qoşunlarının fəxri fərmanları yubliyara təqdim olunub. Daha sonra Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşalardan parçalar, musiqi nömrələri və bir-birini əvəz edən təbriklərlə yubiley tədbiri davam edib.
Filmoqrafiya
Teatr Fantan ərə gedir — Misir Eşq və intiqam — Cəbi Gəlməyin, görməyin, gülməyin — Məhəmmədəli Günəş zindanda — Şeyx Hidayət Məhəbbət yaşayır hələ — Kərəməli Təhminə və Zaur — Murtuz Almaz — Mirzə Səməndər Aydın — Mirzə Cavad Dağılan tifaq — Həmzə Qabanın səfəri — Porsuq Qapıların o üzündə qalan dünya — Gülalı Vicdanın hökmü — Rəhman Tamahkar — Əliqulu Bəndalı bəndə düşüb — Qurban Daldan atılan daş topuğa dəyər — Dəli Yaşar Taleyin bir üzü — Baba Dünyanın axırı — polis A. Səfərli — "Qarabağım qan ağlar" N. B. Vəzirov — "Yağışdan çıxdıq, yağmura düşdük" "Daldan atılan daş topuğa dəyər" S. Axundov — "Bəndalı bəndə düşüb" S. S. Axundov — "Tamahkar" "Şahsənəm və Gülpəri" İ. Əfəndiyev — "Unuda bilmirəm" H. Mirələmov — "Vicdanın hökmü" C. Məmmədquluzadə — "Kamança" T. Məmmədov — "Ana abidəsi" M. S. Ordubadi — "5 manatlıq gəlin" N. Vəzirov — "Adı var, dadı yox" S. Rüstəm — "Çimnaz xanım yuxuda" İ. Məlikzadə "Subaylarınızdan görəsiniz" M. F. Axundzadə "Hacı Qara" Ə. Əmirli "Varlı Qadın" H. Mirələmov "Xəcalət"
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti (2018). Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşdur. Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə Asif Şirinov Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
İstinadlar