Klarens hersoqu () — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir.
Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır.
Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi.
Ünvan sonuncu dəfə 1461-ci ildə İngiltərə kralı IV Eduardın qardaşı Corc Plantagenetin şərəfinə təsis edildi. Ancaq o, qardaşına qarşı üsyan etdi və 1478-ci ildə ələ keçirilərək şərab çəlləyində boğularaq edam edildi. Onun oğul övladı olsa da, vətənə xəyanətlə təqsirləndirildiyi üçün bütün ünvanları ailəsinin əlindən alındı.
Ünvan daha sonra 1553-cü ildə İngiltərə taxtına əyləşən Ceyn Qreyin əri Gilford Dudli üçün verilmək istəndi. Belə ki, Ceyn Qrey sələfi VI Eduard tərəfindən varis olaraq göstərilmişdi ancaq o, ərini kral-konsort olaraq təyin etmək istəmədi. Bu səbəblə öz tacqoyma mərasimində ərinə Klarens hersoqu ünvanı verməyi planlaşdırırdı. Ancaq bu plan baş tutmadı və cəmi 9 gün sonra Ceyn Qrey taxtdan endirildi. Cütlük London qalasına həbs edildi və 12 fevral 1554-cü ildə edam edildi.
XVIII əsrdə bu ünvan səlahiyyətləri genişləndirilmiş formada yenidən bərpa edildi. "Klarens və Müqəddəs Endryu hersoqu" olaraq yenidən adlandırılan ünvan 1789-cu ildə Böyük Britaniya kralı III Corcun üçüncü oğlu Vilhelmin şərəfinə yaradıldı. Onun 1830-cu ildə Böyük Britaniya kralı olması nəticəsində ünvan taxt-tacla birləşdi. Ancaq IV Vilhelmin qanuni övladı yox idi və bu səbəblə bu ünvan da ləğv edildi.
Daha sonra bu ünvan "Klarens və Avandol hersoqu" adı altında Böyük Britaniya kraliçası Viktoriyanın varisi Albert Eduardın (gələcəkdə VII Eduard) böyük oğlu Albert Viktorun şərəfinə 1890-cı ildə təsis edildi. Ancaq cəmi 2 il sonra o, pnevmoniyadan vəfat etdi və ünvan yenidən ləğv olundu.
Bundan başqa kraliça Viktoriya digər oğlu Şahzadə Leopoldun şərəfinə "Klarens qrafı" ünvanını 1881-ci ildə bərpa etdi. Onun 1884-cü ildə vəfat etməsinin ardından ünvan oğlu Şahzadə Karl Eduarda verildi. Ancaq onun Birinci Dünya müharibəsi illərində Böyük Britaniyaya qarşı döyüşməsinin ardından 28 mart 1919-cu ildə qəbul edilən dövlət fərmanıyla ünvan əlindən alındı.
Klarens hersoqları
Birinci təsisi (1362-1368) HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriAntverpenli Lionel (1. Klarens hersoqu)
1362-1368border|center|frameless|349x349px29 noyabr 1338 - 17 oktyabr 1368 Elizabet Burq Violante Viskont İngiltərə kralı III Eduard Enolu FilipaAntverpenli Lionelin oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır.
İkinci təsisi (1412-1421) HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriLankasterli Tomas (2. Klarens hersoqu)
1412-1421border|center|frameless|226x226px1387 - 22 mart 1421 Marqarit Holland İngiltərə kralı IV Henri Mariya BohunLankasterli Tomasın qanuni oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır.
Üçüncü təsisi (1461-1478) HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriCorc Plantagenet (3. Klarens hersoqu)
1461-1478border|center|frameless|187x187px21 oktyabr 1449 - 18 fevral 1478 İzabel Nevil Yorklu Riçard Sesilya NevilCorc Plantagenetin edam edilməsinin ardından ünvan ləğv edildi.
Oxşar ünvanlar
Klarens və Müqəddəs Endryu hersoqu HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriVilhelm Henri
1789-1830border|center|frameless|230x230px21 avqust 1765 - 20 iyun 1837 Saksoniyalı Adelayde Böyük Britaniya kralı III Corc Maklenburqlu ŞarlottaIV Vilhelm adıyla taxta çıxmış, nəticədə ünvan səltənətlə birləşmişdir.
Klarens qrafı HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriŞahzadə Leopold
1881-1884border|center|frameless|226x226px7 aprel 1853 - 28 mart 1884 Ualdekli Helen Böyük Britaniya kraliçası Viktoriya Konsort şahzadə AlbertŞahzadə Karl Eduard
1884-1919border|center|frameless|233x233px19 iyul 1884 - 6 mart 1954 Viktoriya Adelayde Şahzadə Leopold Ualdekli Helen
Klarens və Avandol hersoqu HersoqŞəkilDoğum-ölüm tarixiEvlilikValideynləriAlbert Viktor
1890-1892border|center|frameless|228x228px8 yanvar 1864 - 14 yanvar 1892 - Böyük Britaniya kralı VII Eduard Danimarkalı Aleksandra
Mənbə
https://www.thegazette.co.uk/London/issue/13097/page/377 https://www.thegazette.co.uk/London/issue/26056/page/3019
Kateqoriya:Hersoqlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:1362-ci ildə yarananlar Kateqoriya:1461-ci ildə yarananlar Kateqoriya:Britaniya kral ailəsi titulları Kateqoriya:Britaniya zadəgan titulları