Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı.

Həyatı Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir.

Yaradıcılığı Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.И. Н. Голенищев-Кутузов. Славянские литературы. Статьи и исследования. — М.: Худож. лит., 1973, с. 430Анали филолошког факултета, Том 2. Београдски универзитет, 1963, стр. 140

Əsərləri

Hekayələt topluları Mrkodol (1909) Derdan (1914) Krkedən və Tsetin (1930) Ölümdən sonrakı hekayələr (1936)

Romanları Yad (1911) Vinçiç ailəsi (1923)

İstinadlar Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Xorvatiya yazıçıları Kateqoriya:Yuqoslaviya yazıçıları Kateqoriya:Avstriya-Macarıstan yazıçıları