Taylor Upsahl və ya səhnə adı ilə UPSAHL () — Amerikalı müğənni və bəstəkar.

Həyatı 28 noyabr 1998-ci ildə Finiks (Arizona) şəhərində anadan olmuşdur. Atası məşhur Stereotyperider qrupunun üzvü olmuşdur. Nənəsi və babası musiqi müəllimi idi. 5 yaşında gitara və piano çalmağa başlamışdır. Altıncı sinifdə oxuyarkən mahnı yazmağa başladı və 14 yaşında tam adından istifadə edərək daha akustik düşüncəli musiqilər yayımladı. 2017-ci ildə Arizona İncəsənət məktəbindən məzun oldu. İstinadlar

Kateqoriya:ABŞ müğənniləri